Previous Next
Bağla

İTV-yə yeni baş direktor təyin edilib

11-05-2018 16:55
 İTV-yə  yeni baş direktor təyin edilib

İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Xeberler.az bildirir ki, bu barədə İTV-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Məsələ ilə əlaqədar açıqlama verən Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.

Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacağam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacağam”. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

Milli Məclis İTV Yayım Şurası üzvlərini təsdiqlədi

14-04-2009

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

İTV Yayım Şurasının iclası keçirilib

15-02-2019

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

ITV cəzalandırıla bilər

18-09-2009

İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

30-09-2009

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018

İTV Yayım Şurasına yeni üzvlər seçiliblər

02-05-2023

Milli Məclis İTV Yayım Şurasına 3 yeni üzv seçib

14-04-2017

İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

19-09-2009

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022

İTV-nin 3 departamenti birləşdirildi

07-10-2009

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

05-03-2009

İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

28-05-2009

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə