Previous Next
Bağla
REKLAM YERİ

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022 12:56
Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

İTV və Avropa Yayım Birliyi “Avroviziya” ilə bağlı rəsmi açıqlama verib.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.

“Beləliklə, İTV və Avropa Yayım Birliyinin rəsmi açıqlamalarına əsasən baş verənləri aşağıdakı xronoloji ardıcıllıqla düzmək olar :

1. İTV (Azərbaycan Münsifləri) “Ukrayna 12 bal” qərarını öncədən “Avroviziya” təşkilatçılarına (AYB) göndərib

2. AYB bu qərarı bizim münsiflərin yarımfinal səsləri ilə müqayisə edərək şübhə ilə qarşılayıb. Lakin bu haqda İTV-yə məlumat verilmir və bizim münsiflər bundan xəbərsiz olur.

3. Bizim münsiflərin qərarını şübhə altına alan AYB final zamanı İTV-dən tələb edir ki, canlı yayımda "başqa nəticələr" açıqlansın.

4. İTV bundan imtina edir və dərhal AYB təşkilatçılarına baş verənlərlə bağlı sorğu göndərir, canlı yayımda münsiflərin özəl qərarının açıqlanacağı və məsələnin ictimailəşdiriləcəyi bildirilir.

5. Məhz bundan sonra AYB yarımfinalda olanlara əsaslanaraq Azərbaycan tərəfdən   “düzgün olmayan səsvermə sxemindən” istifadə edildiyini bildirir.

6. Finalın sonunda isə Azərbaycanla canlı bağlantı alınmır və münsiflərimiz “Ukrayna 12 bal” qərarını canlı olaraq elan edə bilmir. Azərbaycan tərəfi bağlantının alınmamasını AYB-nin təqsiri üzündən baş verdiyini bildirir. AYB isə Azərbaycan tərəfinin sorğusuna əsasən bunun texniki problem olduğunu bildirib.

7. Canlı bağlantı alınmadığından AYB yarışın finalı ilə bağlı İTV-nin deyil , öz nəticələrini elan edir və Ukraynaya 6 bal verildiyi elan olunur.

8. İTV bütün baş verənlərlə bağlı hər hansı rəsmi açıqlama vermir, İTV nümayəndələri sadəcə canlı bağlantı imkanının AYB tərəfindən yaradılmadığını elan edir.

9. Finaldan dərhal sonra AYB Azərbaycan tərəfinin səsvermə qaydalarını pozduğunu və münsiflərin manipulyasiya etdiyini, Azərbaycan və daha 5 ölkənin münsiflərinin müsabiqədən kənarlaşdırıldığını rəsmi açıqlayır. Azərbaycan tərəfə sübutlar təqdim edilmir.

10. Bir gün sonra İTV baş verənlərlə bağlı AYB-ni ittiham edən rəsmi açıqlamanı yayır və ədalətli araşdırma tələb edir və bunun nəticəsindən asılı olaraq növbəti addımlar atılacağını bildirir.

Araşdırılmalı məqamlar :

1. Yarışın yayımı prosesində iştirak edən telekommunikasiya operatorlarına sorğular verməklə canlı bağlantının nə üçün alınmamasını aydınlaşdırmaq olar.

2. İtaliya təhlükəsizlik qurumuna sorğu verməklə final anında kiber hücumun olması və bunun canlı bağlantıya təsirləri haqqında məlumat almaq olar.”

Ekspert qeyd edir ki, hazırda cəmiyyəti daha çox narahat edən məsələ odur ki, baş verənlər Azərbaycana qarşı ikili standartlardı, yoxsa doğurdanmı İTV qəsdən canlı bağlantıya qoşulmayıb.

“Doğurdanmı bizim münsiflər manipulyasiya edib?

Bu baxımdan AYB-nin Azərbaycana qarşı ittihamında irəli sürülən "yarımfinal və final mərhələsində verilən səslərdəki qəribəlik", "düzgün olmayan səsvermə sxemi” məsələlərinə İTV-nin daha ağlabatan formada aydınlıq gətirməsi faydalı olardı.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ITV cəzalandırıla bilər

18-09-2009

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

16-05-2022

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

Yazıçılar Birliyinin saytı sentyabrda fəaliyyətini bərpa edəcək

25-08-2009

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

19-09-2009

İTV-yə yeni baş direktor təyin edilib

11-05-2018

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019

Ekspert: İTVTECH-də yayımlanan mövzular ictimai əhəmiyyət kəsb etmir

03-10-2019

İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

30-09-2009

İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub

09-02-2025

İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

28-05-2009

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

Milli Məclis İTV Yayım Şurası üzvlərini təsdiqlədi

14-04-2009

“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

11-11-2009

Telekanallar müqəddəs Ramazan ayını necə işıqlandırır?

25-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə