Previous Next
Bağla

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018 15:06
ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

Artıq məlumat verilib ki,MTRŞ-də İTV Yayım Şurasının iclası keçirilib. Şuranın qərarı ilə Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Məsələylə bağlı Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, son dövrlərdə İTV -də qanunla müəyyən olunan prinsiplər gözlənilmir. Onun sözlərinə görə son illərdə İTV -də vəziyyət pisə doğru xeyli dəyişib.  İTV-nin qızıl dövrünün İsmayıl müəllimin zamanında olduğunu deyərək, hətta o zaman belə vəziyyətlə razılaşmayıb onu çox ciddi tənqid etdiklərini vurğulayıb.

Osman Gündüz, digər TV ekspertlərinin də yerli efir auditoriyasına, efir məkanına marağın sürətlə azaldığını gizlətməyərək əlavə edib: İctimai rəyə təsir baxımından da yerli kanallar internet mediaya uduzmaqda davam edirlər. TV-lərdə tətbiq olunan texnologiyalar, kontent, canlı verilişlər, plüralizm, dinamika, baxımlı-samballı verilişlər xeyli zəifləyib. Bununla belə ölkənin informasiya fəzasında TV-lərin, xüsusilə də İTV-nin xüsusi yeri var. Fikrimcə, ölkənin informasiya siyasətinin müəyyən olunmasına cavabdeh şəxslər və qurumlar, MTRŞ, Yayım Şurası, TV kanalların rəhbərliyi ölkənin informasiya fəzasında mühüm yeri olan efir məkanınına marağı yüksəltmək üçün ciddi səylər göstərməlidirlər. Ümid edirəm ki İTV-nin yeni baş direktorunun seçimi ilə situasiya müsbət isitiqamətdə dəyişəcək. Yeni baş direktordan gözləntilərimiz çoxdur. Hiss olunur ki artıq bu istiqamətdə müəyyən addımlar atılır, kadr dəyişiklikləri edilir. Ümid edirəm ki İTV-nin yeni baş direktorunun seçimi ilə situasiya müsbət isitiqamətdə dəyişəcək. Yeni baş direktordan gözləntilərimiz çoxdur. Hiss olunur ki artıq bu istiqamətdə müəyyən addımlar atılır, kadr dəyişiklikləri edilir."

Osman Gündüz İTV-nin gələcək inkişafı ilə bağlı bəzi təkliflərini də bildirib:
1. İlk növbədə ictimai-siyasi verilişlərdə plüralizm gözlənilməlidir. Absurd, izaholunmaz bir haldır ki İTV kimi bir kanalda bəzən bir verilişidə dövlət sektorundan 3 nümayəndə olduğu halda digər sektordan heç kim olmur.
2. Canlı verilişlərin sayını artırmaq doğru olardı. Xüsusilə də ictimai əhəmiyyət kəsb edən mövzular üzrə canlı diskussiyalara yer vermək doğru olardı.
3. İctimai əhəmiyyət kəs edən mövzuların müəyyən olunması üçün yeni mexanizmlər hazırlanması faydalı olardı. İctimai informasiya daşıyan şəxsləri, rəsmi və ya qeyri rəsmi olmasından asılı olmayaraq efirə çıxartmaq lazımdır, müzakirə açmaq lazımdır.
4. Verilişə dəvət olunan ekspertlərin seçimində alternativ fikrə diqqət yetirilməlidir. Son dövlərdə isə dəvət olunanların əksəriyyəti elə ancaq bir-birilərini təsdiq etməklə verilişləri başa vururlar. Eyni şəxslər, eyni baxışlar və eyni yanaşmalardı. Eyni “sifətlər” olsa da, amma mütləq plüralizm olmalıdır. Tamaşaçı ən azı fərqli fikir eşitməlidir
5. Digər ölkələrin, qonşu ölkələrin TV-ləri monitprinq olunmalıdır. Xarici kanlallar bir tərəfə, düşünürəm ki Rusiya TV kanalları çox irəlidədir, həm plüralizm, həm də maarifçilik baxımından. TV auditoriyamizin böyük əksəriyyətinin yalnız xarici kanallar üzərində “gəzişməsi” araşdırılmalı və nəticələr çıxarılmalıdır
6.İTV-nin saytının, sosial media resurslarınınn tamamilə yenidən qurulması, fəaliyyətinin canlandırılması, anonslar verilməsi faydalı olardı. 
7. İTV-yə ötən illərdə dövlət büdcəsindən xeyli vəsaitlər ayrılırdı. Ötən il 20 milyon, bu il isə 2 dəfə azalıb – təxminən 11 milyon manat. Amma bunun qarşılığında yeniliklər müşahidə olunmur. Fikrimcə İTV-nin studiyaları, tətbiq olunan texnologiyaları yenilənməlidir, uzaq məsafədən olan canlı verilişləri, diskussiyaların formatı dəyişməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

Ekspert: İTVTECH-də yayımlanan mövzular ictimai əhəmiyyət kəsb etmir

03-10-2019

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019

İTV-yə yeni baş direktor təyin edilib

11-05-2018

ITV cəzalandırıla bilər

18-09-2009

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

İTV-nin yeni baş direktoru kim olacaq?

13-04-2009

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009

Ekspert:İTV-nin və Avroviziya təşkilatçılarının açıqlamalarından hansı qənaətə gəlmək olar?

17-05-2022

İTV-nin dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb

30-09-2009

Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

Milli Məclis İTV Yayım Şurası üzvlərini təsdiqlədi

14-04-2009

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

İTV Yayım Şurasının iclası keçirilib

15-02-2019

İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

19-09-2009

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

05-03-2009

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

11-11-2009

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə