Fevralın 23-də “Azercell Telekom” MMC və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən keçirilən “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin ikinci mərhələsinin təqdimatı keçirilb.
“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan ingilis dili üzrə xüsusi kursların əhəmiyyətindən danışıb.
ABŞ səfirliyinin nümayəndəsi T.Devisson media təmsilçilərinə ingilis dilində xəbər hazırlamaq və məqalə yazmaq bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən söz açıb.
Yeddi ay davam edəcək kurs yüksək ixtisaslı ingilis dili müəllimləri tərəfindən aparılacaq. Kurslarda çap, elektron və teleradio KİV-də çalışan peşəkar jurnalistlər iştirak edəcəklər. İngilis dili təlimləri bu ilin fevral-avqust aylarında Bakıda keçiriləcək.
“Azercell” ötən il də jurnalistlər üçün ingilis dili kursları təşkil etmişdi. İlk təlimdə üç səviyyə üzrə 30-dan çox KİV nümayəndəsi dil bacarıqlarını artırmaq imkanı qazanmışdı.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri