Previous Next
Bağla

Kabel TV-də bəzi kanalların yayımı dayandırıla bilər

26-09-2019 10:43
Kabel TV-də bəzi kanalların yayımı dayandırıla bilər
Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədəki problemlərlə bağlı Milli Televiziya və Radio Şurasında (MTRŞ) müzakirələr aparılıb.
 
Beləliklə, kabel televiziyalarının nümayəndələri problemlərin aradan qaldırılmasında səylərin birləşdirilməsi, operatorlar arasında qarşılıqlı faydalı əlaqələr baxımından kabel yayımçılarının ümumi maraqlarını qoruyan ictimai bir qurumun yaradılmasını təklif ediblər.
 
Xeberler.az bildirir ki, bununla bağlı açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, istənilən bir sahə üzrə özünü idarəedən qurumların yaradılması müsbət addımdır:
 
"Yaradılan qurum kabel operatorları arasında tənzimlənməni, qayda-qanunu müəyyən edə bilməz. Sadəcə, qurum bu sektorda olan nöqsanları bildirə, çıxış yollarını göstərə bilər. İctimai qurumun inkişafa kömək edəcək təkliflərini MTRŞ-ə və ya hökumətə təqdim etməsi də mümkündür”.
 
O.Gündüz qeyd edib ki, əslində yeni qurumu formalaşdırmaqdansa, MTRŞ və kabel operatorlarının özləri problemlərin həllinə çalışa bilərlər: "Bu sahədə problemlər çoxdur. İstər yayımın keyfiyyəti, istər bəzi xarici kanalların retranslyasiyası zamanı ölkə maraqlarına, istərsə də uşaqlar üçün uyğun olmayan verilişlərin verilməsi problemlərin bir hissəsidir.
 
Bundan başqa, kabel operatorları həm də teleradio ilə bərabər internet siqnalı da ötürürlər. Onların internetləri ilə də bağlı problemlər var. Bununla bağlı demək olar hər gün məlumatlar alıram. Onların internet xidmətləri yarıtmaz vəziyyətdədir və normal xidmət göstərə bilmirlər.
 
Operatorların iddiaları isə ondan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeraltı rabitə xətlərinə və kabel kanalizasiya qurğularından istifadə üçün onlara bərabər əsaslı istifadəyə imkan vermirlər. Yəni, nazirlik deyir ki, rabitə quyuları mənə məxsusdur. Operatorlar da bu səbəbdən binaların üzərindən xəttlər çəkirlər və bu keyfiyyətli olmur. Düşünürəm ki, kabel şəbəkələri ilə bağlı mövcud problemləri ilk növbədə MTRŞ ilə nazirlik həll etməlidir”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MTRŞ kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüşüb

MTRŞ kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüşüb

23-07-2015
 Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

06-12-2010
Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

30-11-2010
"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010
MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021
Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009
MTRŞ “Kabel televiziyalarının fəaliyyət qaydaları” hazırlayır

MTRŞ “Kabel televiziyalarının fəaliyyət qaydaları” hazırlayır

16-10-2009
Operatorlar yeni texnologiyaya keçir: sürət artacaq

Operatorlar yeni texnologiyaya keçir: sürət artacaq

20-08-2015
MTRŞ qanunsuz kabel şəbəkəsi yayımı ilə bağlı polisə müraciət edib

MTRŞ qanunsuz kabel şəbəkəsi yayımı ilə bağlı polisə müraciət edib

17-04-2015
Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

03-12-2015
MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

22-10-2009
Kabel şəbəkəsi yayımı ilə bağlı bəzi qadağalar olacaq

Kabel şəbəkəsi yayımı ilə bağlı bəzi qadağalar olacaq

16-05-2017
Kabel televiziyasına lisenziya lazımdırmı?

Kabel televiziyasına lisenziya lazımdırmı?

04-08-2009
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021
MTRŞ sədri: “Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir”

MTRŞ sədri: “Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir”

10-12-2021
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Azərbaycanda “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları” müzakirə olunub

Azərbaycanda “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları” müzakirə olunub

15-07-2009
Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016
Kabel TV-lər qiyməti niyə qaldırır?

Kabel TV-lər qiyməti niyə qaldırır?

18-08-2015
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015
Operatorlar baza paketinə vahid tarif tətbiq edir

Operatorlar baza paketinə vahid tarif tətbiq edir

17-08-2015
Kabel TV-nin tezlikləri mobil operatorlara veriləcək

Kabel TV-nin tezlikləri mobil operatorlara veriləcək

09-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə