Previous Next
Bağla

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018 17:15
Azərbaycanda internet niyə zəifdir?

Son dövrlər ölkə ərazisində internetin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Hətta bəzi provayderlərin internet təminatında qısa fasilələr də müşahidə olunur. Bir sıra özəl provayderlər isə bu problemin onlardan qaynaqlanmadığını bildirirlər.

Xeberler.az-ın məlumatına görə, məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, internetin aşağı səviyyədə xidmət göstərməsinin əsas səbəblərindən biri dövlət və özəl provayderlər arasındakı rəqabət şəraitinin bərabər olmamasıdır:

“Azərbaycanda internetin keyfiyyət problemi var. Bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin keçmiş müavini Elmir Vəlizadə açıqlamasında ölkəmizdə internetin keyfiyyətsizliyinin, sürətinin aşağı olmasının və internetdə virusların yayılmasının modemlərin düzgün işləməməsi ilə əlaqəli olduğunu deyib. Hesab edirəm ki, bu, səbəb ola bilməz.

İnternetin sürətinin yüksək olması üçün lazım olan yeraltı kabel kanalizasiya sistemindən istifadədə bəzi problemlər yaşanır. Dövlətə məxsus olan yeraltı kabel kanalizasiya sistemindən özəl və dövlət provayderlərinin bərabər əsaslarla istifadəsi üçün şərait yoxdur. Bu şəraiti də Baktelecom yaratmalıdır. Dövlət provayderlərinin o qədər imkanı yoxdur ki, bütün əhalini, eləcə də qurumları internetlə təmin etsin”.

Ekspertin sözlərinə görə, bu sahədəki problemlərin digər bir səbəbi yüksək sürətli internet üçün lazım olan resursların daha çox dövlətə məxsus olmasıdır:

“Dövlətə məxsus resursların tarifləri qanunsuzdur. Çünki bunu Tarif Şurası yox, Baktelecom təsdiqləyib. İnternet resursları Baktelecom-un özünə məxsusdur və tarifləri də özü müəyyənləşdirir. 1 kvadratmetrlik əraziyə internet avadanlığını yerləşdirmək üçün özəl provayderlər ayda 250 manat pul ödəməlidir. Bu sahədə normal rəqabətin təmin olunması üçün dövlət provayderlərinin üstün mövqeyini tarazlamaq lazımdır. Ona görə hesab edirəm ki, nazirlik dövlət və özəl provayderlər üçün bərabər şərait yaratmalıdır. Çünki bu prosesi hələlik nazirlik tənzimləyir”.

O.Gündüz Baktelecom-un həm provayder kimi xidmət göstərməsinin, həm də tarif müəyyənləşdirməsinin düzgün olmadığını xatırladıb:

“Əslində, Baktelecom yalnız tənzimləmə ilə məşğul olmalıdır. Strateji yol xəritəsində qeyd olunub ki, 2020-ci ildə internetin tənzimlənməsi məsələsi nazirliyin əlindən alınacaq və müstəqil tənzimləyici qurum yaradılacaq. 2020-ci ilə qədər isə bu sahədəki problemlərin həlli üçün nazirlik qayda-qanun yaratmalıdır.

Bu sahədə yaşanan problemlərin bir qismi də özəl provayderlərdən qaynaqlanır. Belə ki, özəl provayderlər insanları “çəkidə aldatmaqla” məşğuldur. Yəni bu provayderlər öz müştərilərinin sayına uyğun olan sürət vermirlər - az sürəti çox adama satırlar. Təəssüf ki, bu məsələlərə nəzarət yetərli səviyyədə deyil.

Azərbaycana interneti DeltaTelecom və Azərtelecom gətirir. Bu iki şirkət ölkədə interneti sata bilmədiyinə görə məcbur olur ki, interneti Gürcüstana, İrana, yaxud da başqa ölkələrə satsın”. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Region sakinləri internetsizlikdən şikayət edir

Region sakinləri internetsizlikdən şikayət edir

10-08-2018
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018
Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015
“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
Çəkidə aldadan internet şirkətləri

Çəkidə aldadan internet şirkətləri

10-07-2019
Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020
Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018
Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019
“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009
Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

11-01-2023
«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

18-04-2010
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020
Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə