Previous Next
Bağla

Kabel TV-lər qiyməti niyə qaldırır?

18-08-2015 17:13
Kabel TV-lər qiyməti niyə qaldırır?

Sentyabrdan etibarən kabel televiziyaları vahid tarifə keçərək qiyməti 10 AZN edəcəklər. Məlum olduğu kimi, əvvəllər əksər Kabel TV-lərdə baza paketin aylıq ödənişi 9 manat idi.

Xeberler.az-ın məlumatına görə, artıq kabel teleziyaları bu barədə razılığa gəliblər.

Qiymətin artması ilə bağlı məlumatı B&BTV Communications, ATV Plus, Smart TV Plus, KATV1, AileTV və Connect şirkətləri təsdiqləyib.

Bu xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi  istifadəçilər kabel televiziyaların bu qiymət artımından narazı olduqlarını bildiriblər.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz Xeberler.az-a bildirib ki, yerli operatorların  qiymətləri qaldırmasının  əsas səbəbi güman ki, manatın devalvasiyası ilə bağlıdır.

“Düşünürəm ki, bunun əsas səbəbi manatın devalvasiyasıdır. Yerli kabel televiziyaları xaricdəki TV  kanallarla hesablaşmaları, aldıqları xarici kontentin ödənişini valyuta ilə aparırlar. Güman ki, dollar bahalaşdığından bununla bağlı  yerli operatorlar qiymətləri qaldırmalı olublar”.

Osman Gündüz qeyd edib ki, elə  istifadəçilər ola bilər ki, bu xərcləri ödəməyə imkanı çatmaz. Forum rəhbəri hesab edir ki, operatorlar az təminatlılar, xərci ödəyə bilməyən şəxslər üçün müəyyən kampaniyalar keçirib, güzəştlər tətbiq edə bilərlər.

Ekspert  vurğulayıb ki, operatorların qiymətləri qaldıracaqları halda TV və internet xidmətlərinin  keyfiyyətini, paketə daxil olan kanalların sayını,  ümumiyyətlə, xidmətlərin çeşidini də artırması yaxşı olardı.

 

Sevinc Çəltikova 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kabel TV-lər qiyməti artırdı

Kabel TV-lər qiyməti artırdı

01-09-2015
Operatorlar baza paketinə vahid tarif tətbiq edir

Operatorlar baza paketinə vahid tarif tətbiq edir

17-08-2015
 Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

06-12-2010
Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009
Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

Azərbaycan Kabel Operatorları Assosiasiyası yaradılıb

30-11-2010
"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010
Operatorlar yeni texnologiyaya keçir: sürət artacaq

Operatorlar yeni texnologiyaya keçir: sürət artacaq

20-08-2015
KATV1 internetin qiymətini endirib

KATV1 internetin qiymətini endirib

29-09-2015
Kabel TV-də bəzi kanalların yayımı dayandırıla bilər

Kabel TV-də bəzi kanalların yayımı dayandırıla bilər

26-09-2019
İdman kanalları kabel televiziya xidmətlərinin baza paketindən çıxarılmayacaq

İdman kanalları kabel televiziya xidmətlərinin baza paketindən çıxarılmayacaq

24-08-2015
Kabel TV-nin tezlikləri mobil operatorlara veriləcək

Kabel TV-nin tezlikləri mobil operatorlara veriləcək

09-08-2015
“KATV1” kabel televiziyası “Bakutel-2013” sərgisində yeniliklər təqdim edəcək

“KATV1” kabel televiziyası “Bakutel-2013” sərgisində yeniliklər təqdim edəcək

30-11-2013
«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009
Ailə TV kanallar paketi yenilənəcək

Ailə TV kanallar paketi yenilənəcək

05-08-2015
AileTV Gəncədə öz şəbəkəsini genişləndirir

AileTV Gəncədə öz şəbəkəsini genişləndirir

07-02-2012
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021
MTRŞ “Kabel televiziyalarının fəaliyyət qaydaları” hazırlayır

MTRŞ “Kabel televiziyalarının fəaliyyət qaydaları” hazırlayır

16-10-2009
Kabel televiziyasına lisenziya lazımdırmı?

Kabel televiziyasına lisenziya lazımdırmı?

04-08-2009
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib

05-04-2017
KATV1  yayım paketlərinin formalaşdırılmasında dəyişiklilər edəcək

KATV1 yayım paketlərinin formalaşdırılmasında dəyişiklilər edəcək

05-08-2015
Ailə TV oyunları canlı yayımlayacaq

Ailə TV oyunları canlı yayımlayacaq

15-08-2015
Teleradio yayımı üçün lisenziya qiymətləri hazırlanıb

Teleradio yayımı üçün lisenziya qiymətləri hazırlanıb

04-03-2011
Bu kanallarda Dünya Çempionatının yayımı  niyə dayandırılıb?

Bu kanallarda Dünya Çempionatının yayımı niyə dayandırılıb?

22-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə