Previous Next
Bağla

Kaliforniyada çat-botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

14-10-2025 17:29
Kaliforniyada çat-botların risklərindən uşaqları qoruyan qanun imzalanıb

Kaliforniya qubernatoru Qevi̇n Nyusom süni intellekt əsasında çalışan çat-botların fəaliyyətini tənzimləyən qanunu imzalayıb. Yeni qanuna əsasən, platformalar istifadəçilərə qarşılarında insan deyil, çat-bot olduğunu açıq şəkildə bildirməlidir. Bu barədə məlumat yetkinlik yaşına çatmayanlara hər üç saatdan bir təqdim edilməlidir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, qanun, həmçinin şirkətlərə özünə zərər vurmağa yönəlmiş məzmunun qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq etməyi və istifadəçilərdə intihar meyilləri müşahidə olunduğu hallarda onları böhran xidmətlərinə yönləndirməyi tapşırır.

Nyosom tərəfindən bazar ertəsi imzalanan bu sənəd texnologiya şirkətlərinə təsir göstərəcək bir neçə qanundan biridir. Digər sənədlər yaşın yoxlanılması, sosial şəbəkələrdə xəbərdarlıq yazılarının yerləşdirilməsi və süni intellekt vasitəsilə razılıq olmadan yayılmış seksual xarakterli məzmunun qarşısının alınması kimi məsələləri əhatə edir.

Qanunun imzalanması Nyusomun uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə Kaliforniyanın süni intellekt sahəsindəki liderliyini tarazlaşdırmaq cəhdini nümayiş etdirir.

“Meta” şirkəti bu qanuna qarşı çıxıb. Kompüter və rabitə sənayesi nümayəndələri isə sənədin innovasiyalara maneə törədə biləcəyini və Kaliforniya şirkətlərini rəqabətdə zəiflədəcəyini bildiriblər.

Kaliforniya süni intellekt sahəsində dünya lideridir, burada dünyanın ən iri 50 süni intellekt şirkətindən 32-si fəaliyyət göstərir.

Son üç il ərzində suallara cavab vermək, mətn, şifr, təsvir və hətta musiqi yaratmaq imkanı verən bu texnologiyanın populyarlığı sürətlə artıb. Onun inkişafı insanların informasiya istehlakı, əmək fəaliyyəti və təhsil üsullarını dəyişməkdədir.

Qanunvericilər hesab edirlər ki, çat-botlar gənclərin psixi sağlamlığına mənfi təsir göstərə bilər, çünki onlar bu texnologiyalardan ünsiyyət və məsləhət almaq üçün geniş şəkildə istifadə edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanda “Süni intellekt haqqında” Qanun qəbul edilib

Qazaxıstanda “Süni intellekt haqqında” Qanun qəbul edilib

17-11-2025
Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

11-06-2026
Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

25-09-2024
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Meta və Mıdjourney əməkdaşlığa başlayır

Meta və Mıdjourney əməkdaşlığa başlayır

26-08-2025
Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

06-05-2026
Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır

Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır

11-05-2026
Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025
Meta “Play AI”ni satın alıb

Meta “Play AI”ni satın alıb

15-07-2025
ABŞ-də özünü həkim kimi təqdim edən süni intellekt məhkəməyə verilib

ABŞ-də özünü həkim kimi təqdim edən süni intellekt məhkəməyə verilib

07-05-2026
Avropa İttifaqı 56 milyon dollarlıq süni intellekt modeli yaradacaq

Avropa İttifaqı 56 milyon dollarlıq süni intellekt modeli yaradacaq

03-02-2025
Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025
Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

28-03-2025
Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016
“OpenAI” yeni bir alət yaradacaq

“OpenAI” yeni bir alət yaradacaq

28-10-2025
“WhatsApp”da “İnkoqnito-çat” yaradılıb

“WhatsApp”da “İnkoqnito-çat” yaradılıb

14-05-2026
Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

14-04-2025
Süni intellektə qoyulan sərmayələr 1,48 trilyon dollara çatacaq

Süni intellektə qoyulan sərmayələr 1,48 trilyon dollara çatacaq

30-10-2025
AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

03-06-2026
Britaniyada təhqiramiz paylaşımların silinməsinə limit tətbiq olunacaq

Britaniyada təhqiramiz paylaşımların silinməsinə limit tətbiq olunacaq

19-02-2026
Aİ süni intellekt haqqında qanunun müddəalarının qəbulunu gecikdirə bilər

Aİ süni intellekt haqqında qanunun müddəalarının qəbulunu gecikdirə bilər

07-06-2025
Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq

Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq

24-10-2024
Süni intellekt uşaqların psixologiyasını necə dəyişir? - Araşdırma

Süni intellekt uşaqların psixologiyasını necə dəyişir? - Araşdırma

08-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə