Previous Next
Bağla

"Kapital Bank" kiberdələduzluqla bağlı açıqlama yayıb

18-01-2025 18:23
"Kapital Bank" kiberdələduzluqla bağlı açıqlama yayıb

Məlumat verildiyi kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 min 507 manat vəsait oğurlanıb.

Xeberler.az-ın məlumatına görə, "Kapital Bank"ın mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və "Kapital Bank" tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. Vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.

"Kapital Bank"ın məlumatında bildirilib ki, baş verən hadisədə müştəri Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb: “Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Hadisənin ardınca müştəri dərhal bankı və Daxili İşlər Nazirliyini məlumatlandırıb. Bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da, bank əməkdaşlarının və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, "Kapital Bank" adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

19-01-2025

Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

18-01-2025

DİN: Həftəsonu bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb

02-06-2025

Həftəsonu bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

28-04-2025

Vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb

19-04-2025

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

24-06-2025

Ötən gün bank kartlarından 30 min 716 manat oğurlanıb

01-05-2025

Vətəndaşların bank kartlarından daha 32 min 306 manat oğurlanıb

16-04-2025

Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

08-05-2025

Ötən gün bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

23-04-2025

DİN kiberdələduzluqla bağlı əhaliyə müraciət edib

03-05-2025

DİN: Ötən gün bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

26-04-2025

Ötən gün bank kartlarından 36 min manat oğurlanıb

30-04-2025

DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb

18-04-2025

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox vəsait oğurlanıb

03-06-2025

DİN: Ötən gün vətəndaşların bank kartlarından 15040 manat oğurlanıb

17-04-2025

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

25-06-2025

DİN: Bank kartlarından oğurluq halları davam edir

09-05-2025

Vətəndaşların bank kartlarından pul vəsaitlərinin oğurlanması davam edir

06-05-2025

DİN: Dünən bank kartlarından 12 min manat oğurlanıb

21-06-2025

DİN: Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb

13-05-2025

Həftəsonu bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19-05-2025

Ötən gün bank kartlarından 27 min manat oğurlanıb

02-05-2025

DİN: Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

13-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə