“Karabakh GreenTech” hakatonunun ilk mərhələsi başa çatıb

07-10-2024 / 07:39

“Qarabağın Tərəqqi Naminə” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsi çərçivəsində keçirilən “Karabakh GreenTech” hakatonunun ilk mərhələsi başa çatıb.

Xeberler.az məlumat verir ki, hakatonun ilk mərhələsində 14 komanda iştirak edərək ideyalarını təqdim edib. İdeyalar yaşıl texnologiyalar, aqrar texnologiyalar, alternativ enerji mənbələrinin səmərəliliyini artıra biləcək texnoloji həllər, minaların təmizlənməsi ilə eyni zamanda ərazinin əkinə yararlı hala gətirilməsi üçün texnoloji həllər kimi sahələri əhatə edib.

İlk mərhələdə iştirak edən komandalardan səkkizi növbəti mərhələsinə vəsiqə qazanıb. İkinci mərhələyə keçən komandalar 24 saat ərzində ASAN İnnovativ İnkişaf Mərkəzində qalaraq kiçik canlı məhsullarını (MVP) hazırlayırlar. Yekunda qalib 3 komanda müəyyən ediləcək. Qeyd edək ki, hakatonun münsiflər heyəti ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələridir. Bu qurumlara Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, “İnnovasiyalar Mərkəzi” MMC, “Kapital Bank” ASC və digərləri aiddir.

Qeyd edək ki, “Karabakh GreenTech” hakatonuna ümumilikdə 96 komandadan 300-dən çox gəncin müraciəti qeydə alınıb. Onlardan 17 komanda olmaqla ümumilikdə 65-dən çox gənc hakatonda iştirak hüququ qazanıb. Hakaton üzrə 3 ideya qalib elan ediləcək və COP29 konfransı çərçivəsində “Yaşıl Zona”da nümayiş etdiriləcək. Qaliblərə COP29 konfransındadək biznes inkişafı üçün mentorluq və "co-working" istiqamətində dəstək göstəriləcək.

Xatırladaq ki, “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsinin əsas məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçirilən tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi və digər mövzular ətrafında maarifləndirməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə