Previous Next
Bağla

"Karabakh GreenTech” hakatonu qalibləri COP29-da yaşıl zonada nümayiş olunacaq

08-10-2024 09:54
"Karabakh GreenTech” hakatonu qalibləri COP29-da yaşıl zonada nümayiş olunacaq

“Qarabağın Tərəqqi Naminə” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsi çərçivəsində keçirilən “Karabakh GreenTech” hakatonu başa çatıb.

Xeberler.az məlumat verir ki, qalib komandaların məhsullarının COP29 zamanı Yaşıl Zonada nümayiş etdiriləcəyi "Karabakh GreenTech” hakatonu başa çatıb, Qərbi Kaspi Universitetinin komandası qaliblər sırasında yer alıb. 

Komanda tərkibi :
1. Həsənov Eşqəli (Meşəçilik - bakalavr və magistr təhsilini İsrailin ARAVA Universitetində alıb.) 
2. ⁠Aişə Lətifova (Tərcümə)
3. Nicat Yarov (Ekologiya)

Qeyd edək ki, ECOPİONEERS komandasının ideyası Azərbaycanda abadlıq və yaşıllaşdırma sahəsində mühüm addım atılması istiqamətində olmuşdur.

Yerli istehsal olan Püskürtmə Çim tətbiqi ilə komanda yaşıl ərazilərdə suya qənaət edir, ərazilərin estetik və səmərəli şəkildə böyüməsini təmin edir. Bu xüsusi qarışımın tərkibində 7 fərqli ağac kökü, 2 fərqli gübrə və digər təbii materiallar var.
Bu innovativ üsul bərabər böyümə şəraitini təmin edir, toxum və gübrələri homojen şəkildə səpməklə ətraf mühitə təsiri minimuma endirir.

Layihənin su sərfiyyatını 30% azaldıb, yaşıllıq sahələrinin sağlam və estetik görünüşə sahib olmasını təmin edib. KomandaPüskürtmə Çim texnologiyası ilə biz ənənəvi üsullarla müqayisədə daha aşağı xərclər və yüksək səmərəlilik təklif edir. Bu startup abadlıq və ətraf mühitin qorunmasında davamlılığın təmin edilməsi istiqamətində böyük bir addımdır. 

Qarışım sayəsində bu üsulla deqredasiyaya uğramış, təbii ot örtüyü yanmış, aşınmalara məruz qalmış ərazilər yenidən canlandırıla bilər. 

Yerli bələdiyyələr və yaşıllaşdırma şirkətləri ilə əməkdaşlıq edərək, biz Azərbaycanda yaşıllıqların abadlaşdırılmasında inqilab etməyi hədəfləyir. Komanda yerli istehsal texnologiyaları daha geniş auditoriyaya çatdırmaq və ekoloji cəhətdən təmiz yaşıllıq həllərini beynəlxalq bazarlara çıxarmaq üçün səyləri davam etdirir. Əsas hədəf isə Qarabağ inzibati zonasında məhv edilmiş yaşıllıq zolaqlarının bərpa edilməsi, yenidənqurma işlərində yerli məhsullardan istifadə etməkdir. 

Komanda hazırda şirkətləşmə yolunda ilk addımları ataraq, ölkə iqtisadiyyatında dəyər yaratmağı hədəfləyir. Qeyd edək ki, hakatonun münsiflər heyəti ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələridir. Bu qurumlara Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, “İnnovasiyalar Mərkəzi” MMC, “Kapital Bank” ASC və digərləri aiddir.

Hakaton üzrə təşkilati dəstəyi "MAVA Company" MMC, İnnoland, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, İnnovasiyalar Mərkəzi olub..

Qeyd edək ki, “Karabakh GreenTech” hakatonuna ümumilikdə 96 komandadan 300-dən çox gəncin müraciəti qeydə alınıb. Onlardan 17 komanda olmaqla ümumilikdə 65-dən çox gənc hakatonda iştirak hüququ qazanıb. Hakaton üzrə final mərhələsində 3 ideya qalib elan edilib və qalib komandaların məhsulları COP29 konfransı çərçivəsində “Yaşıl Zona”da nümayiş etdiriləcək. Qaliblərə COP29 konfransındadək biznes inkişafı üçün mentorluq və "co-working" istiqamətində dəstək göstəriləcək.

Xatırladaq ki, “Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları” layihəsinin əsas məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçirilən tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi və digər mövzular ətrafında maarifləndirməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Karabakh GreenTech” hakatonunun ilk mərhələsi başa çatıb

07-10-2024

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023

“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir

04-04-2024

“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

17-11-2024

BANM-ın komandası “GreenTech” müsabiqəsinin qalibi oldu!

29-04-2025

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

26-10-2024

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

Qarabağda “Startup School” layihəsi keçiriləcək

12-02-2026

Bu il “yaşıl” texnologiyaların təşviqi və startaplara dəstək diqqət mərkəzində olacaq

26-01-2024

“Smart Qarabağ” Hakatonuna start verildi

25-05-2022

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

“Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin açılışı olub

23-10-2025

Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

20-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

02-12-2024

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

05-10-2024

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

"Green Hackathon 2024" layihəsi başa çatıb

30-10-2024

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

23-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə