Previous Next
Bağla

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025 18:28
İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

5-6 aprel tarixlərində Sumqayıt şəhərində təşkil olunan INNOSTART Hakatonu çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən gənclərin inkişafına yönəlik ümumilikdə 10 min manat dəyərində maliyyə dəstəyi ayrılıb. Dəstək hakatonun qalib komandalarına investisiya formatında təqdim edilib və onların təqdim etdikləri startap layihələrinin gələcəkdə inkişaf etdirilməsini hədəfləyir.

İki gün davam edən intensiv proqram müddətində iştirakçılar komandalar şəklində innovativ və texnoloji həllər üzərində çalışaraq ideyalarını münsiflər heyətinə təqdim ediblər. Hakaton zamanı iştirakçılar biznes modeli qurmaq, texniki yanaşmalar üzərində işləmək və layihələrini konkret təqdimat formatına salmaq imkanı əldə ediblər. Münsiflərin qiymətləndirməsi nəticəsində üç qalib komanda müəyyən olunub.

Qalib layihələr aşağıdakılardır:

∙ “Codepays” – Şirkətlərin İT sahəsində ixtisaslaşmış peşəkarları daha səmərəli şəkildə tapıb işə cəlb etməsini təmin edən platforma

∙ “Biolonic” – Kimyəvi prosesləri rəqəmsal formada vizuallaşdıraraq təhsil və sənaye sahələrində istifadəsini asanlaşdıran platforma

∙ “Student All” – Abituriyentlərin ixtisas seçimi mərhələsində onlara uyğun istiqamətləri müəyyənləşdirməsinə yardım edən seçim aləti

Tədbir çərçivəsində iştirakçılar həmçinin təcrübəli mentorların dəstəyi ilə layihələrini daha da təkmilləşdirmək imkanı əldə ediblər. Hakatonun əsas məqsədi gənclərin innovasiya və startap sahəsindəki potensialını üzə çıxarmaq, onların ideyalarını real layihələrə çevirməyə imkan yaratmaqdır.

INNOSTART Hakatonu SUP.VC şirkətinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Layihə yerli startap ekosisteminin inkişafı və gənclərin texnologiya sahəsinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMU tələbələri “INNOSTART” hakatonunun qalib olub

08-04-2025

Yeni startap layihələri təqdim olunub

20-02-2024

Təhsil sahəsində hakaton keçiriləcək

14-07-2020

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirir

13-05-2025

Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

08-12-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

“Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

01-12-2025

“Rəqəmsal Yay Məktəbi” uğurla yekunlaşıb

28-07-2025

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

28-01-2025

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb - FOTO

05-06-2023

EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

13-08-2025

Zəfər Gününə həsr olunmuş “Secure Tomorrow” hakatonu keçirilib

06-11-2025

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

27-03-2026

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

Əvvəlki “Startap Günlərinin” iştirakçı komandaları ilə görüş keçirilib

05-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə