“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021 / 13:39

Hər il oktyabr ayı dünyanın bir sıra ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu ay çərçivəsində kibertəhlükəsizlik və kibergigiyena qaydalarını təşviq etmək, vətəndaşlar, şirkətlər, qurumlar arasında məlumatlılığı artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Xeberler.az bildirir ki, qlobal mühitdə kibertəhdidlərin artdığını nəzərə alaraq əhalini maarifləndirmək məqsədilə bu ay Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də “Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Maarifləndirmə xarakterli tədbirlər, əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə oktyabr ayı ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE həştəqlərindən istifadə edərək maarifləndirmə kampaniyasına qoşulmağa dəvət edir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə