Previous Next
Bağla

Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Alliance"na üzv olub

24-09-2026 07:43
Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Alliance"na üzv olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) onlayn dələduzluq və rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat Global Anti-Scam Alliance-a (GASA) üzv olub.

Xeberler.az agentliyə istinadən məlumat verir ki, MKA-nın GASA-ya üzvlüyü onlayn dələduzluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də Azərbaycanın bu sahədə təcrübəsinin beynəlxalq müstəvidə təqdim edilməsi üçün yeni imkanlar yaradır.

Üzvlük çərçivəsində MKA onlayn dələduzluq üzrə qlobal trendlər, yeni hücum metodları, süni intellekt əsaslı dələduzluq sxemləri, sosial mühəndislik taktikaları və maliyyə dələduzluğu mexanizmləri ilə bağlı araşdırma və analitik materiallara çıxış əldə edəcək.

Bununla yanaşı, MKA GASA-nın işçi qruplarında iştirak edərək onlayn dələduzluğun qarşısının alınması, məlumat mübadiləsi, araşdırma və maliyyə dələduzluqları ilə mübarizə istiqamətlərində beynəlxalq təcrübənin öyrənilməsinə və birgə təşəbbüslərə töhfə vermək imkanına malik olacaq.

Üzvlük MKA-ya müxtəlif ölkələrin dövlət qurumları ilə yanaşı, bank sektoru, telekommunikasiya operatorları, texnologiya platformaları və kibertəhlükəsizlik şirkətləri ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar verir.

Eyni zamanda, MKA tərəfindən həyata keçirilən maarifləndirmə kampaniyaları, milli xəbərdarlıq mexanizmləri və onlayn dələduzluqla mübarizə sahəsində formalaşmış təcrübənin GASA şəbəkəsi vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi də mümkün olacaq. Bu, Azərbaycanın müvafiq sahədəki təcrübəsinin müxtəlif ölkə və sektorların nümayəndələri ilə paylaşılmasına şərait yaradacaq.

Xatırladaq ki, Global Anti-Scam Alliance (GASA) onlayn dələduzluq və rəqəmsal mühitdə istifadəçilərə qarşı törədilən maliyyə və psixoloji zərərin azaldılması məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

Təşkilat dövlət və özəl sektor qurumları, hüquq-mühafizə orqanları, maliyyə institutları, texnologiya şirkətləri, telekommunikasiya operatorları və kibertəhlükəsizlik şirkətlərini bir araya gətirir.

GASA-nın rəsmi məlumatına əsasən, qlobal şəbəkəsinə 120-dən artıq təşkilat daxildir və 6 regionda, 90-dan çox ölkədə fəaliyyət göstərir. Təşkilatın üzvləri sırasında texnologiya, maliyyə və kibertəhlükəsizlik sektorlarının aparıcı şirkətləri, eləcə də dövlət qurumları, o cümlədən Amazon, Google, Meta, Microsoft, Mastercard, Visa, OpenAI, TikTok, Trend Micro, Bitdefender, McAfee, ScamAdviser, GSMA, JPMorgan Chase və Lloyds Banking Group kimi şirkət və qurumlar yer alır.

GASA qlobal və regional dələduzluq trendlərinin öyrənilməsi, maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, məlumat mübadiləsi, praktiki yanaşmaların formalaşdırılması, eləcə də beynəlxalq tədbir və təlimlərin təşkili istiqamətlərində fəaliyyət göstərir.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelecom” "FIRST" təşkilatına üzv qəbul edilib

“AzInTelecom” "FIRST" təşkilatına üzv qəbul edilib

21-08-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

05-06-2026
Rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə məqsədilə tədbirlər planı hazırlanıb

Rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə məqsədilə tədbirlər planı hazırlanıb

29-11-2021
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

AMB: İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

09-06-2026
Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

27-07-2016
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

21-07-2026
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub

"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub

08-05-2026
MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018
MKA nümayəndələri "Rəqəmsal hökümətin inkişafı" vörkşopunda iştirak ediblər

MKA nümayəndələri "Rəqəmsal hökümətin inkişafı" vörkşopunda iştirak ediblər

02-07-2026
Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik  beynəlxalq təşkilata üzv seçilib

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik beynəlxalq təşkilata üzv seçilib

06-04-2015
“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə  tanındı

“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı

24-08-2026
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

23-06-2026
ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025
Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

05-06-2026
Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019
"Freshdesk" üzərindən həyata keçirilən fişinq kampaniyasının texniki təhlili açıqlanıb

"Freshdesk" üzərindən həyata keçirilən fişinq kampaniyasının texniki təhlili açıqlanıb

17-06-2026
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
Elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb

Elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb

12-03-2026
Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

22-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə