“Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib”

13-06-2023 / 11:34

Azərbaycanda beynəlxalq təcrübələrdən, müasir yanaşmalardan istifadə edərək kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib.

Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov Bakıda keçirilən "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisində "Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı paneldə deyib.

"Fərdi məlumatlar haqqında" yeni qanunun tətbiqi çərçivəsində mexanizmlər, fərdi məlumatların qorunması barədə cəmiyyətin marifləndirilməsi istiqamətində artıq layihələrin icrasına başlanılıb", - S. Rəsulov bildirib.

O qeyd edib ki, bankların, maliyyə təşkilatlarının və əhalinin kibertəhlükələrə qarşı hazırlıqlı olması böyük əhəmiyyət daşıyır. (Report)


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə