Previous Next
Bağla

Kibertəhlükəsizlik sosial və iqtisadi sabitlik üçün vacib elementidir

23-04-2025 17:19
Kibertəhlükəsizlik sosial və iqtisadi sabitlik üçün vacib elementidir

Müasir dövrdə kibertəhlükəsizlik məsələsi təkcə texnoloji müstəvidə deyil, həm də iqtisadi və sosial rifahın qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Gənclərin bu sahədə fəallığının artırılması və onların texnoloji liderlər kimi yetişməsi dövlət üçün önəmli hədəflərdən biridir. Gənclərin hər biri gələcəyin texnoloji liderləri, innovasiya daşıyıcılarıdır. Rəqəmsallaşmanın dayanmadan inkişaf etdiyi bir dövrdə gənclərin rolu daim genişlənir. Gənclərin bu sahədə yetişməsi strateji hədəfimiz olmalıdır.

Xeberler.az məlumat verir ki, bu sözləri Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev aprelin 23-də Bakıda keçirilən Gənclərin Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı söyləyib.

O, çıxışında əmək bazarında və ictimai sektorda kibertəhlükələrin təsirindən də bəhs edib: “Dünyada baş verən kibertəhlükə hadisələri və müvafiq statistika göstərir ki, bu sahəyə maraq artmaqdadır və gələcəkdə potensial təhlükələrə qarşı hazırlıqlı olmaq üçün bu istiqamətdə maarifləndirmə vacibdir. Statistik göstəricilərə əsasən, son dövrlərdə fidyə proqram təminatı (ransomware) ən geniş yayılmış kibertəhlükə vektorlarından biri olub. 2022–2024-cü illər ərzində bu hücumlar təkcə texnoloji deyil, həm də qlobal iqtisadiyyata ciddi zərbələr vurub. Müvafiq hesablamalara görə, yalnız 2023–2024-cü illərdə kibercinayətlərin dünya iqtisadiyyatına vurduğu zərərin həcmi 30 milyard dollardan artıq qiymətləndirilir”. –

E.Şahverdiyev əlavə edib ki, süni intellektin inkişafı ilə bağlı yaranan yeni təhlükələr də diqqət mərkəzində saxlanmalıdır: “Süni intellekt vasitəsilə yaradılmış saxta videolar (deepfake) fərdi və institusional zərərlərə yol açır, bu səbəbdən də təhlükəsizlik məsələləri texniki yanaşmadan daha çox strateji müstəviyə keçir. Bu, təkcə bir təhlükəsizlik məsələsi deyil, həm də sosial sabitlik və iqtisadi davamlılıq məsələsidir. Gənclərin bu sahədə yetişməsi və bu istiqamətdə biliklərlə silahlanması dövlət üçün strateji üstünlük yaradır”.

Onun sözlərinə görə, ölkəmizdə 2023–2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə Strategiyanın icrası uğurla davam etdirilir: “Bu Strategiyanın icrası çərçivəsində müxtəlif dövlət qurumları, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir”.

E.Şahverdiyev forum çərçivəsində aparılan müzakirələrin, verilən sualların və səsləndirilən ideyaların gənclərin inkişafında mühüm rol oynadığını qeyd edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu forum yalnız müzakirə məkanı deyil, həm də yeni ideyaların formalaşdığı, gələcəyə yönəlmiş addımların atıldığı bir platformadır. Biz birlikdə gələcəyin təhlükəsiz rəqəmsal mühitini qururuq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

23-04-2025
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024
XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025
Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub

Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub

12-09-2025
Dövlət informasiya resurslarına çoxsaylı kibertəhdidlərin qarşısı operativ alınıb

Dövlət informasiya resurslarına çoxsaylı kibertəhdidlərin qarşısı operativ alınıb

04-06-2026
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

06-03-2025
ETX və Texniki Universitetin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

ETX və Texniki Universitetin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

14-03-2025
“Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib”

“Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib”

13-06-2023
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024
Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə