Previous Next
Bağla

KOBİA 4-cü qrant müsabiqəsini elan edib

04-08-2023 14:16
KOBİA 4-cü qrant müsabiqəsini elan edib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 4-cü qrant müsabiqəsi elan edib.

Bu barədə Xeberler.az-a KOBİA-dan məlumat verilib.

Müsabiqənin şətlərinə əsasən, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər. Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir.

Həmçinin bildirlir ki, layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır. Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına dekabrın 1-dən başlanılması nəzərə alınmalıdır. Həmçinin, müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu 14 avqust 2023-cü il, saat 09:00-dan – 13 sentyabr 2023-cü il saat 18:00-dək həyata keçiriləcək. Qeyd edək ki, müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaq.

Müsabiqənin keçirilmə vaxtı sentyabrın 15-dən noyabrın 14-dəkdir. Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri ərizə forması, müsabiqəyə təqdim olunan layihə, layihənin büdcəsinin maliyyə əsaslandırılması, KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri, müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri sənədləri ilə 14 avqust 2023-cü il saat 09:00-dan – 13 sentyabr 2022-ci il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər.

Müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant

Müsabiqənin nəticələri barədə məlumat 15 noyabr 2023-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KOBİA startap layihələrə maliyyə dəstəyi üçün müsabiqə elan edib

10-02-2021

KOBİA 4-cü qrant müsabiqəsi ilə bağlı tədbir keçirəcək

11-08-2023

KOBİA indiyə qədər sahibkarlara nə qədər maliyyə ayırıb?

07-11-2022

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

14-10-2014

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır

03-03-2025

Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

27-02-2018

Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

17-04-2023

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

11-02-2026

BANM tələbələri KOBİA-nın VI qrant müsabiqəsinin qalibi olub

23-01-2025

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

06-05-2025

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015

Azərbaycanda daha 5 KOB subyekti vergidən azad edildi

10-04-2023

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

07-01-2025

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə