Azərbaycanda sahibkarlara xidmətlərin göstərilməsi sahəsində innovativ modelin – KOB evlərinin beynəlxalq səviyyədə tanıdılması və bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xeberler.az bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu çərçivədə cari ilin yanvar-iyun aylarında Ruanda, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Asiya İnkişaf Bankı, Afrika Biznes Şurası və sair nümayəndə heyətləri Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB evlərində olublar. Nümayəndə heyətlərinə Azərbaycanın KOB evi modeli, dövlət və özəl sektor tərəfindən sahibkarlara təqdim olunan xidmətlərin vahid məkanda təşkili barədə ətraflı məlumat verilib, maraqlı tərəflərlə KOB evi modelinin tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA bir sıra ölkələrdə KOB evi modelinin tətbiqi imkanları ilə bağlı əməkdaşlığı davam etdirir.
Eyni zamanda, sahibkarlıq sahəsində nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi, gənclərin biznes ekosistemi ilə yaxından tanış olması məqsədilə Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər təhsil müəssisələrinin nümayəndələri KOB evlərini ziyarət ediblər. Onlara KOB evlərinin fəaliyyəti, sahibkarlara göstərilən xidmətlər, dövlət dəstəyi mexanizmləri və biznesə başlama imkanları barədə məlumat verilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları