Previous Next
Bağla

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025 12:26
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

Kibertəhlükəsizlik məsələsi artıq hər bir ölkənin milli təhlükəsizliyinin mühüm elementi olmaqla yanaşı, kiçik və orta biznes subyektləri baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə 400 mindən artıq mikro, kiçik və orta müəssisə fəaliyyət göstərir ki, onlar ümumi bizneslərin 99,7 faizini təşkil edir”.

Xeberler.az məlumat verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iri müəssisələrlə müqayisədə məhdud resurslar şəraitində fəaliyyət göstərən KOB subyektləri çox zaman bahalı kibertəhlükəsizlik texnologiyalarını almaq və ya işçiləri üçün təlimlər təşkil etmək imkanına malik olmur.

“Hətta bir çox hallarda onlar potensial təhlükədən belə xəbərsiz olur. Bu isə kənar qüvvələrin asanlıqla istifadə edə biləcəyi boşluqlar yaradır. Belə vəziyyət bütövlükdə iqtisadiyyatın həssaslığına səbəb ola bilər. Kiçik biznesə edilən hücum “domino” effekti ilə digər KOB-lara, iri müəssisələrə, hətta dövlət qurumlarına keçə bilər. KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi milli səviyyədə dayanıqlılıq üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan kibermüdafiə məsələsinə kollektiv yanaşma tələb olunur və bütün maraqlı tərəflərin əməkdaşlığı vacibdir”, - deyə KOBİA sədri qeyd edib.

Kiçik və orta biznes subyektlərinin rəqəmsal transformasiyasının dəstəklənməsi və kibertəhlükəsizlik biliklərinin artırılması istiqamətində müxtəlif mexanizmlər tətbiq edildiyini sözlərin əlavə edən Orxan Məmmədov bildirib ki, 2020–2024-cü illərdə bizneslərin proqram təminatı və İKT avadanlıqlarına xərcləri təqribən 2,4 dəfə artaraq illik 370 milyon manatdan çox olub: “2023-cü ildə KOB-ların elmi-tədqiqat xərcləri isə 18 milyon manatdan artıq təşkil edib. Bu, KOB sektorunun innovativ və rəqəmsal inkişafa marağının göstəricisidir. KOBİA tərəfindən rəqəmsal təşəbbüslərin dəstəklənməsi üçün bir sıra alətlər mövcuddur. Onların sırasında 3 il müddətinə vergi güzəşti verən “Startap” şəhadətnaməsi, bazar araşdırmalarına maliyyə dəstəyi, rəqəmsal təşəbbüslər üçün qrant mexanizmi, həmçinin KOB inkişaf mərkəzlərinin təşkil etdiyi təlimlər və məsləhət xidmətləri yer alır. “Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap İnkişaf Mərkəzi gənc sahibkarlara avadanlıq, ekspert, mentorluq və dizayn dəstəyi təqdim edir. Ümumilikdə isə dövlət və özəl sektor əməkdaşlığının genişləndirilməsi kiber təhlükələrə qarşı effektiv mübarizə üçün əsas şərtlərdən biridir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025

KOB-ların innovativ həlləri “CIDC 2025” festivalında təqdim edilib

10-10-2025

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

06-12-2023

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

Orxan Məmmədov: "Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir"

20-10-2023

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

17-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə