Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) banklarla birlikdə kiçik və orta biznes (KOB) üçün innovativ maliyyə məhsulları hazırlaya bilər.
Xeberler.az məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum biznes-məsləhət xidmətləri, maliyyə savadlılığının artırılması və mentorluq proqramları vasitəsilə KOB-ların maliyyə imkanlarını gücləndirməyə çalışır: "Bu xidmətlər KOB evlərində təqdim olunur. Təbii ki, daha yaxşı hazırlıqlı bizneslərin maliyyə vəsaiti cəlb etmək və investisiya layihələrini uğurla həyata keçirmək ehtimalı daha yüksək olur. İkinci istiqamət KOB-ların banklar və digər maliyyə institutları ilə əlaqələndirilməsi və onların müxtəlif maliyyə alətlərinə çıxışının asanlaşdırılmasıdır. Buraya güzəştli kreditlər, zəmanət mexanizmləri və subsidiyalaşdırılmış maliyyə proqramları daxildir. Bu istiqamətdə də KOB-lara dəstək göstəririk. Bütün bu alətlər həm sahibkarlar, həm də kreditorlar üçün risklərin azalmasına xidmət edir".
O.Məmmədov qeyd edib ki, üçüncü istiqamət isə banklarla əməkdaşlığın ənənəvi kreditləşmədən kənara çıxarılaraq daha da genişləndirilməsidir: "Digər tərəfdaşlarımızla birlikdə KOB-lar üçün innovativ və fərdiləşdirilmiş məhsullar hazırlaya bilərik".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları