USB və fləş yaddaşlardan yayılan virusun qarşısını necə almaq olar?

16-09-2009 / 11:11

 USB, fləş yaddaş kartları hər gün istifadə etdiyimiz cihazlar arasındadır. Artıq bu cihazlarsız məlumatlarımızı necə saxlayacağımızı və köçürməyi təsəvvür belə etmirik. Hal-hazırda demək olar ki, bütün cihazların bir USB portu var. USB fləş yaddaşlar da ciblərdə, açarlıqlarda asanlıqla daşınır.

Təbii ki, USB və fləş yaddaşlarda asanlıqla məlumatın köçürülməsi və daşınması  virusların da yayılma sürətini artırır. Xüsusilə internet kafelər, nəşriyyatda, redaksiyalarda  bu cihazlardan diqqətsiz istifadə virusların USB yaddaşlardan sistemlərə, hər kəsin bağlandığı sistemlərdən də USB yaddaşlara sürətlə keçməsinə səbəb olur.

Bəs bu problemin səbəbi nədir?  Microsoft Windows-un autorun,yəni avtomatik başlatma xüsusiyyəti problemin əsas səbəblərindən biridir. USB yaddaşlar, sabit disklər, yaddaş kartları kimi daşına bilər media anbarları ilişdiyində autorun işləməyə başlayır. Bu xüsusiyyət əslində istifadəçilərin işini yüngülləşdirmək üçün nəzərdə tutulub. Çox təəssüf ki,  pis məqsədlərlə istifadə edilərək virusların yayılmasını təmin edir.

USB və fləşlər vasitəsilə virusların yayılmasının qarşısını almaq üçün birinci növbədə anti-virus proqramlarından istifadə etmək lazımdır. Anti-virus proqramları ilə bu cihazları yoxlamadan açmamaq məsləhət görülür. Bundan əlavə Windows-un autorun xüsusiyyətini bağlamanız və ehtiyacınız olan proqramları özünüz basaraq işlətməniz zəruridir. Microsoft-un kömək etmək üçün olan məlumatları arasında bunu necə edəcəyinizi (bu linkə tıklayın) tapmaq olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.