Previous Next
Bağla

Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq

15-05-2017 10:02
Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq

Mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb.

Bu barədə Xeberler.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 99 ölkəsində 75000-dən çox kompüter sistemində yayılıb.

WannaCry adlandırılmış bu virusun əsasən  Windows əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Yoluxmuş kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.

Microsoft şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı Microsoft Security Bulletin MS17-010 – Critical adlı yenilənməsi mövcuddur.

Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb.

Kompüter sistemlərinin təhlükədən qorumağınız üçün Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:

İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə (patch-ın yüklənməsi və quraşdırılması) aparmağı;

E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi  klikləməməyi;

Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmağı;

Aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə etdiyinizdən əmin olmağı;

Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə etməyi;

Antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamağı;

İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyi;

Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəzilik Mərkəzinin 1654 Qaynar xətt0inə zəng etməyiniz və ya [email protected] elektron ünvanına yazmağınız tövsiyə olunur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

29-06-2017

WannaCry virusu 74 ölkənin sistemini iflic edib

18-05-2017

Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

25-10-2017

Virus Bulletin Dekabr 2008: iki antivirus payız imtahanına qaldı

02-01-2009

Dövlət Xidməti 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanı ifşa edib

05-12-2024

Ən yaxşı antivirus proqramları

28-04-2015

Petya virusundan necə müdafiə olunmalı? – Təlimat

01-07-2017

Yeni təhlükəli mobil virus yayılıb-Xəbərdarlıq

20-07-2017

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018

Özünü yox edən kompüter virusu

08-05-2015

200 min dollar ödəniş tələb edən virus aşkar edilib

11-01-2017

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015

Apple kompüterləri üçün yeni virus aşkarlanıb

13-07-2016

Kompüterdəki məlumatın oğurlanmasının qarşısını necə almaq olar?

12-01-2016

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020

Yeni virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

27-01-2017

Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

08-10-2018

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30-11-2016

Azərbaycanın ilk antivirus proqramı yaradılır-Video

05-01-2018

İlk internet virusunun 29 yaşı tamam olub

02-11-2017

Viruslarla bağlı xəbərdarlıq

09-06-2015

Yeni virus Skype istifadəçilərinin danışıqlarını yazır

11-02-2016

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik beynəlxalq təşkilata üzv seçilib

06-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə