Facebookda daha bir yeni virus yayılıb. Belə ki, virus istəyinizdən asılı olmayaraq Facebook dostlarınıza aşağıdakı məzmunda mesajlar göndərə bilər. : "Did you see how will u look like in 20 years from now? lol : bit.ly/dUzKS7"
Öncədən bütün istifadəçilərə bu məzmunda göndərilən mesajların tərkibində olan saytların (URL linklərin) üzərinə tıklamamağı tövsiyyə edirik. Əgər göndərilmiş linkin üzərinə tıklasanız onda avtomatik olaraq yeni spam səhifəsinə yönləndiriləcəksiniz ki, bu da sonda sizin kompüterinizin də həmin virusa yoluxmasına səbəb olacaq. Əgər səhvən həmin linkin üzərinə tıklamasınızsa onda dərhal Facebook hesabınızı tərk edin (Logout) və istifadə etdiyiniz brauzerin tarixini (History) tamamilə silin. Bundan əlavə bu dəfə sizə istifadəçilərin kütləvi narazıçılığına səbəb olan həmin virusun silinmə qaydasını da təqdim edirik. Virusun silinməsindən ötrü ilk öncə kompüterinizə MalwareBytes adlı proqramı yükləyin. Daha sonra bu proqram sayəsində kompüterinizi yoxlayın (scan edin). Və sonda "scan" əməliyyatı başa çatdıqdan sonra kompüterinizdə olan həmin virus avtomatik silinəcək. Proqramı buradan yükləyə bilərsiniz. P.S: Virusun daha geniş yayılmasının qarşısını almaqdan ötrü bu xəbəri Facebookda dostlarınızla paylaşmanız tövsiyyə olunur.
Mənbə: Fakto.info
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri