Previous Next
Bağla

Kompüterlər geniş insan kütlələrinin sayını hesablayacaq

29-10-2015 19:01
Kompüterlər geniş insan kütlələrinin sayını hesablayacaq

Son vaxtlaradək müxtəlif nümayişlərdə iştirak edən adamların sayı sahə vahidinə düşən adamların sayının vizual hesablanması metodu və alınmış nəticələrin orta qiymətinin tapılması ilə müəyyən edilib. Lakin yeni proqram təminatı nəticəsində geniş kütlələrdə adamların sayını bir neçə həftə deyil, hadisə yerinin aerofotoçəkilişindən əldə edilən şəkillərin təhlili əsasında 20-30 dəqiqəyə müəyyən ediləcək.

Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, bu cür məlumat bəzi hallarda bir sıra lazımi tədbirlərin vaxtında görülməsinə kömək edəcək. Yəni, əldə edilən nəticələr sonda insanların həyatlarını qorumağa kömək edəcək.

Proqram təminatı Mərkəzi Florida Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Universitetin Kompüter Tədqiqat Mərkəzinin direktoru, professor Mübarək Şah deyib: “Geniş xalq kütlələrində insanların sayının avtomatlaşdırılmış kompüter təhlili heç vaxt aparılmayıb. İndi xüsusi xidmət orqanları bir neçə dəqiqədə adamların sayı və kütlənin sıxlığının dəyişikliyi haqqında məlumatı alaraq adamların hərəkətlərini də nizamlaya bilərlər. Bu, insan ölümü ilə nəticələnə biləcək panikanın, basırığın əmələ gəlməsindən yaxa qurtarmağa kömək edəcək”.

Professor M.Şahın qrupu pilotsuz təyyarələrdən çəkilən və İspaniya Kataloniyanın müstəqilliyini tələb edən nümayişçilərin əks olunduğu fotoşəkillərdə alqoritmlərin iş bacarığını yoxlayıblar. Cəmi 67 şəklin təhlili aparılıb, iştirakçıların sayını hesablayan kompyuterin işinə cəmi 30 dəqiqə vaxt sərf olunub.

Yeni texnologiya təkcə nümayişlərdə deyil, açıq yerlərdə keçirilən müxtəlif ictimai tədbirlərdə tətbiq oluna bilər. Bu isə tədbirlərin təşkilatçılarının iştirakçılara daha tez və keyfiyyətli xidmət göstərmələrinə, insanların rəftarındakı hər hansı dəyişikliyə vaxtında reaksiya vermələrinə kömək edəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

21-10-2015
3D formatlı filmə baxmaq beynin işini yaxşılaşdırır

3D formatlı filmə baxmaq beynin işini yaxşılaşdırır

04-11-2015
Kaspersky intellektual sistemi sınaqdan keçirir

Kaspersky intellektual sistemi sınaqdan keçirir

28-07-2021
İdeal selfie üçün proqram hazırlanıb

İdeal selfie üçün proqram hazırlanıb

03-08-2017
Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

25-09-2024
200 min zərərli virus nümunəsi qeydə alınıb

200 min zərərli virus nümunəsi qeydə alınıb

06-03-2015
Hərbi cinayətlərin işıqlandırılması üçün mobil əlavə hazırlanıb

Hərbi cinayətlərin işıqlandırılması üçün mobil əlavə hazırlanıb

08-06-2015
Yeni texnologiya xərçəng xəstəliyini 3 dəqiqəyə aşkar edir

Yeni texnologiya xərçəng xəstəliyini 3 dəqiqəyə aşkar edir

18-06-2015
 İnsanın düşüncələrini mətnə çevirən sistem hazırlanıb

İnsanın düşüncələrini mətnə çevirən sistem hazırlanıb

20-06-2015
Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

03-04-2015
“Google”dan istifadə yaradıcılığı azalda bilər

“Google”dan istifadə yaradıcılığı azalda bilər

05-07-2025
Beyin siqnalları parolları əvəz edə bilər

Beyin siqnalları parolları əvəz edə bilər

08-06-2015
Gələcəkdə qurğular sahiblərinin fikirlərini oxuya biləcək

Gələcəkdə qurğular sahiblərinin fikirlərini oxuya biləcək

25-01-2016
Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb

Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb

30-03-2023
“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021
Yeni sistem kinoteatrda tamaşaçının üz ifadəsini izləyəcək

Yeni sistem kinoteatrda tamaşaçının üz ifadəsini izləyəcək

26-07-2017
Süni intellekt insanın xarakterini müəyyən edəcək

Süni intellekt insanın xarakterini müəyyən edəcək

10-05-2018
 Yeni eynək görmə qabiliyyətini qaytarmağa kömək edəcək

Yeni eynək görmə qabiliyyətini qaytarmağa kömək edəcək

01-08-2016
“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

01-06-2015
Pilotsuz mobil poliklinika

Pilotsuz mobil poliklinika

27-06-2017
Smartfonda internetə qənaət edən proqram

Smartfonda internetə qənaət edən proqram

01-12-2017
İnsanların izlənməyinə şərait yaradacaq texnoloji üsul

İnsanların izlənməyinə şərait yaradacaq texnoloji üsul

16-07-2009
İtkin düşənlərin axtarışı üçün proqram hazırlanıb

İtkin düşənlərin axtarışı üçün proqram hazırlanıb

29-12-2017
“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı artıb

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı artıb

17-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə