Previous Next
Bağla

İnsanın düşüncələrini mətnə çevirən sistem hazırlanıb

20-06-2015 20:06
 İnsanın düşüncələrini mətnə çevirən sistem hazırlanıb

Amerikan və alman tədqiqatçılarından ibarət beynəlxalq qrup təbii fasiləsiz danışıq zamanı insan beynində yaranan siqnalların deşifrə edilməsi sahəsində müvəffəqiyyət əldə edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, “Brain-to-Text” sistemi beyin qabığının alın və yan hissələrinin əks tərəfində yerləşən ECoG-elektrodların (elektrokortikoqrafik) matrisinin köməyi ilə oxunan siqnalların səsyazmasını həyata keçirib. Sınaqlarda tibbi müəssisələrdən birində olan və əsəb xəstəliklərinin kliniki müalicəsi kursu keçən 7 könüllü iştirak edib.

Bütün iştirakçılar müəyyən söz yığımından ibarət tipik mətni ucadan oxuyublar. Beyin siqnallarının toplanmış verilənləri kompüter öyrənməsinin və analizin alqoritmlərinin köməyi ilə müəyyən sözlərə uyğun olan siqnalların ən çox ehtimal edilən ardıcıllığını çıxardan kompüterə daxil edilib. Bundan sonra məlumatlar olduqca sadə alqoritmin köməyi ilə mətn formatına çevrilib.

Məlumata görə, bu sistemin dəqiqliyi hələ arzuolunan səviyyədə deyil. Normal şəraitdə insanın tələffüz etdiyi sözlər təyin olunarkən səhvlərin miqdarı 25 faizə çatır. Pasiyent müəyyən səbəblərə görə sözləri tam düzgün tələffüz edə bilmədikdə isə səhvlərin miqdarı 50 faizədək artır.

Alimlərin sözlərinə görə, səhvlərin çox olması verilənlərin analizinin universal proqram təminatı vasitəsilə həyata keçirilməsi ilə izah oluna bilər. Halbuki ixtisaslaşdırılmış proqram təminatı daha effektiv nəticə verər.

İxtisaslaşdırılmış proqram təminatı yaradılan zaman sistem tərəfindən edilən səhvlərin miqdarı kəskin azalacaq və bu kimi sistemlər müxtəlif səbəblərə görə danışa bilməyən insanlarla ünsiyyət saxlamağa imkan verən “körpü” rolunu oynayacaq.

Qeyd etmək lazımdır ki, bu işlər bir neçə elmi fondun dəstəyi ilə ABŞ ordusunun Elmi-Tədqiqat İdarəsinin sifarişi üzrə aparılıb. Beyin siqnallarının səsyazması Albani Tibb Mərkəzinin (ABŞ) mütəxəssisləri tərəfindən həyata keçirilib, siqnalların və nitqin avtomatik tanınması alqoritmləri Karlsrue Texnologiya İnstitutunun “Cognitive Systems Lab” (Almaniya) laboratoriyasında işlənib.

Yeni texnologiyanın sonrakı inkişafı kompüter və digər qurğularla düşüncənin idarə olunması sistemlərinin yaradılması, insanlar arasında ünsiyyətin yeni texnologiyaları və s. üçün ilk addım ola bilər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tənəffüs siqnalını sözə çevirən texnologiya yaradılır

Tənəffüs siqnalını sözə çevirən texnologiya yaradılır

08-09-2015
Beyin siqnalları parolları əvəz edə bilər

Beyin siqnalları parolları əvəz edə bilər

08-06-2015
İnsanlar ölümə qalib gələ biləcək

İnsanlar ölümə qalib gələ biləcək

26-05-2015
Sərt diskin səsi ilə  informasiyanı ələ keçirirlər-Video

Sərt diskin səsi ilə informasiyanı ələ keçirirlər-Video

24-08-2016
Süni intellekt parolu tapmağı asanlaşdıracaq

Süni intellekt parolu tapmağı asanlaşdıracaq

19-09-2017
Google-dan yeni maraqlı kompüter

Google-dan yeni maraqlı kompüter

09-03-2018
Alimlər süni beyin yaradıb

Alimlər süni beyin yaradıb

17-08-2015
Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

Mitinqçilərin sayını hesablamaq üçün kompüter proqramı hazırlanıb

21-10-2015
Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

03-01-2026
Gözlə robotu idarə edən proqram təminatı hazırlanıb

Gözlə robotu idarə edən proqram təminatı hazırlanıb

27-10-2015
Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

07-04-2010
Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

10-04-2023
Kompüterlər geniş insan kütlələrinin sayını hesablayacaq

Kompüterlər geniş insan kütlələrinin sayını hesablayacaq

29-10-2015
Wi-Fi insanın hərəkət sürətini ölçəcək

Wi-Fi insanın hərəkət sürətini ölçəcək

04-05-2017
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Facebook-dan yenilik

Facebook-dan yenilik

06-04-2016
İnsanın mimikasını təkrarlayan robot

İnsanın mimikasını təkrarlayan robot

27-03-2018
Mobil telefondan mikrofon kimi istifadə edə biləcəksiniz

Mobil telefondan mikrofon kimi istifadə edə biləcəksiniz

02-03-2015
Robotları jestlərin köməyi ilə idarə etmək mümkündür

Robotları jestlərin köməyi ilə idarə etmək mümkündür

28-12-2015
Ən etibarlı brauzerlər

Ən etibarlı brauzerlər

23-09-2017
İnsan beyni üzü necə tanıyır?

İnsan beyni üzü necə tanıyır?

05-06-2017
AMEA İnformasiya Texnologiyaları İnstitutunda yeni tədris ilinə start verilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda yeni tədris ilinə start verilib

16-09-2020
“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

30-04-2015
Elon Musk-ın startapı insanları robota çevirəcək

Elon Musk-ın startapı insanları robota çevirəcək

21-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə