Previous Next
Bağla

Kaspersky intellektual sistemi sınaqdan keçirir

28-07-2021 17:27
Kaspersky intellektual sistemi sınaqdan keçirir

Kaspersky özünün yeni həlli – fövqəladə halların təhlili üçün hazırlanan Kaspersky Neural Networks sistemini təqdim edir. Bu həllin istifadəsi təbii fəlakətlər, çox sayda insanların toplaşdığı kütləvi tədbirlər və meqapolis yollarında böyük sıxlıqlar zamanı
əlverişli olacaq. Məlumatların təhlili neyron şəbəkələrinin köməyilə real vaxt rejimində pilotsuz uçan aparatın (PUA) göyərtəsində aparılır.

Kaspersky Neural Networks sistemi üç əsas tapşırığın icrası üçün nəzərdə tutulub:

1. çətin şəraitli ərazilərdə itmiş insan, heyvan və obyektlərin axtarışı;
2. havadan çəkilən fotoların istifadəsi ilə fövqəladə hallar zamanı dəymiş zərərin qiymətləndirilməsi;
3. geodeziya, kartoqrafiya və kadastr fəaliyyətləri üçün vacib məlumatların təhlili, həmçinin yollarda hərəkətin təşkili.

Sistemin unikallığı ondadır ki, o, havada olan bir neçə PUA-dakı məlumatları real vaxt rejimində təhlil edə və onları bir neçə operator üçün vahid interfeysdə nümayiş etdirə bilir. Bu da öz növbəsində hər hansı hadisəyə göstərilən reaksiyanın sürətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Sistemin yaradıcılarına görə, o, ilk növbədə Azərbaycanın Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün aktual olacaqdır. Hadisənin təhlilinə və insanların axtarışına köklənən sistem, kənd təsərrüfatı müəssisələri, inşaat və sənaye şirkətləri üçün etibarlı bir köməkçi qismində çıxış edə bilər.

“Kompüter izləməsinə əsaslanan intellektual texnologiyalar bu gün Azərbaycanda müxtəlif sahələr üçün aktualdır. Məsələn, ölkənin şimalında davamlı olaraq daşqınlar baş verir, sel körpüləri və evləri yuyur. Müəyyən ərazilərin çətin şəraiti isə hadisələrin bütöv mənzərəsinin tez bir zamanda əldə edilməsini çətinləşdirir. Zərərin vaxtında qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün belə bir həllin böyük köməyi ola bilər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. "Bundan əlavə, neyron şəbəkələri və kompüter izləməsinə əsaslanan bir həll, şübhəsiz ki, sürətlə inkişaf edən Bakının nəqliyyat sistemi və onun şəhərətrafı infrastrukturla birləşdirilməsi üçün aktual olacaqdır".

Kaspersky Neural Network subasmadan əziyyət çəkən obyektləri müəyyən və təsnif edir Rusiyanın PUA istehsal edən “Albatros” şirkəti ilə əməkdaşlıq çərçivəsində Kaspersky Neural Networks həlli artıq “Albatros M5” markalı pilotsuz hava aparatı və “Albatros D1” markalı sənaye kvadrokopterinə quraşdırılıb.

Sistemin hazırlanması zamanı mütəxəssislər məhdud görmə şəraitində kiçik obyektlərin aşkarlanması texnologiyalarına xüsusi diqqət yetiriblər. Məsələn, təbii fəlakətlər zamanı əsas tapşırıqlardan biri yalnız sağ qalmış binaları tapmaq deyil, həm də təsərrüfat tikililərini yaşayış binalarından ayırd etmək və su basmış ərazidəki obyektlərin konsentrasiyasını müəyyən etməkdir.

Təsvirin emalı üçün maşın öyrənmə texnologiyalarının tətbiqi obyektlərin təhlili zamanı ani reaksiya imkanı yaradır. Məsələn, Kaspersky Neural Networks-un sınaqlarından birində minlərlə görüntü çətin relyefli ərazi və cihazın məhdud hesablama gücü fonunda cəmi bir neçə dəqiqə ərzində emal edilib.

Kaspersky-nin neyron şəbəkələri hər dəfə nəticələri təkmilləşdirərək daha çox məlumat əldə edə bilir. Həll on minlərlə görüntü üzərində sınanıb və insanları, evləri, avtomobilləri, heyvanları və digər əşyaları qruplara görə tanıya və təsnif edə bilir. Eyni zamanda, məlumatların işlənməsi həm PUA-nın göyərtəsində, məsələn M seriya "Albatros" pilotsuz aparatında, həm də uçuşun sonunda serverdə və ya noutbukda aparıla bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky dronlardan qorunmaq üçün ilk sistem inteqratoru hazırlayıb

07-02-2020

Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

07-11-2019

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021

Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

26-04-2022

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

08-04-2021

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Veb-səhifələrin ranqlaşdırılması ilə bağlı yeni yanaşma təklif edilib

25-07-2025

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib

29-06-2020

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

06-06-2022

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə