Previous Next
Bağla

Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

14-06-2016 17:50
Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların və qurumların  nümayəndələri iştirak edib.

Komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər müxtəlif sahələrdə həyata keçirilən işlər nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını diqqətə çatdırıb. 

İclasda iki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə geniş əlaqələrin mövcud olduğu, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT çərçivəsində də fəal əməkdaşlıq etdiyi bildirilib.

Komissiyanın iclasında o da vurğulanıb ki, ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkə bazarında satışı üçün səylərin artırılması vacibdir.

Komissiyanın Koreya tərəfdən həmsədri, ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee, öz növbəsində, ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini, bu istiqamətdə birgə komissiyanın işinin səmərəli olacağına inandığını deyib.

Vu Tehee Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izlədiklərini, ölkədə xarici şirkətlər, o cümlədən Koreya şirkətlərinin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və sərmayə mühitini yüksək qiymətləndirdiklərini bildirib.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.

Ölkəmizin Koreya Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə komissiya üzvləri tələbələrin təhsili, onların qarşılaşdıqları çətinliklər və həlli vacib problemlərlə maraqlanıblar. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

06-08-2021

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

13-03-2025

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023

Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

11-04-2022

Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

16-05-2015

Nazir Dəclə çayındakı qəzada insan tələfatıyla bağlı nekroloq imzalayıb

28-03-2019

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022

Avstriyanın özəl şirkətləri Bakıya gəlir

02-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə