Previous Next
Bağla

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025 17:33
Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

Bu gün Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.

Xeberler.az bildirir ki, iclasda iştirak məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Hayam Al-Yasirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraq nümayəndə heyətini salamlayaraq bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib, Birgə Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İraq Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verə bilər. Rəşad Nəbiyev, həmçinin regionda sülh quruculuğu ilə bağlı cari vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.

Məlumat üçün bildirək ki, Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə  əsasən yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

06-08-2021
Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015
Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025
Səfir Azərbaycanda  İKT sahəsini yüksək qiymətləndirib

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022
Nazir Dəclə çayındakı qəzada insan tələfatıyla bağlı nekroloq imzalayıb

Nazir Dəclə çayındakı qəzada insan tələfatıyla bağlı nekroloq imzalayıb

28-03-2019
Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

14-06-2016
Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

13-03-2025
Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025
Azərbaycan və İraq İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İraq İKT sahəsində əməkdaşlığı müzakirə edib

05-08-2021
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020
Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt  Sultanovla görüşüb

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021
 Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022
Azərbaycanla İraq arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib

Azərbaycanla İraq arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib

07-12-2023
"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015
İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023
Rəşad Nəbiyev İraqda səfərdə olub

Rəşad Nəbiyev İraqda səfərdə olub

08-12-2023
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

16-05-2015
Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020
Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

15-11-2024
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

26-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə