Previous Next
Bağla

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022 16:06
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Bakı şəhərində Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib.

Xeberler.az bildirir ki, iclasda iştirak etmək üçün Qarışıq Komissiyanın Avstriya Respublikası tərəfindən həmsədri, bu ölkənin Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiqin başçılığı ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycanla Avstriya arasında əməkdaşlıq məsələlərindən danışaraq diplomatik əlaqələrimizin 30 illik tarixə malik olduğunu diqqətə çatdırıb.

Rəşad Nəbiyev Avstriya nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilən Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Nazir bildirib ki, cənab Prezident İlham Əliyevin 2021-ci ilin fevral ayında müvafiq Sərəncamla təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də kiçik və orta sahibkarlığın inkişafı, ixracın artımı və özəl investisiyaların təşviqi iqtisadi artımın mühərrikləri kimi vurğulanır.

Rəşad Nəbiyev əlavə edib ki, Azərbaycan və Avstriyanın ixracatçıları və onların məhsulları haqqında mütəmadi məlumat mübadiləsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması vacibdir. Qarışıq Komissiya bu cür məlumat mübadiləsinin təşviq edilməsi və yeni işgüzar münasibətlərin qurulması üçün effektiv platforma rolunu oynayır.

Nazir Komissiyanın 10-cu iclasının keçirilməsinin əlaqələrimizin inkişafı üçün faydalı olacağına əminlik ifadə edib.

İclasda iki ölkə arasında iqtisadi, elmi və texniki əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Eyni zamanda ticari və iqtisadi əlaqələr, nəqliyyat, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi, enerji, turizm və mədəniyyət sahəsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

​İclasın sonunda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022
Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025
Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

16-05-2015
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015
Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

06-08-2021
Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025
                        Avstriyanın özəl şirkətləri Bakıya gəlir

Avstriyanın özəl şirkətləri Bakıya gəlir

02-03-2018
Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib

Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib

12-06-2025
Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022
"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023
Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025
Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020
Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019
Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt  Sultanovla görüşüb

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021
Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

14-06-2016
Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020
İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib

13-03-2025
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

11-04-2022
Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022
Səfir Azərbaycanda  İKT sahəsini yüksək qiymətləndirib

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə