Previous Next
Bağla

Kosmik Məsələlər üzrə Şura yaradılıb

23-09-2020 20:18
Kosmik Məsələlər üzrə Şura yaradılıb

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli sərəncamının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılıb, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi” təsdiq edilib.

Xeberler.az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikasında kosmik sənayenin inkişaf etdirilməsi, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübəni öyrənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təkliflərin verilməsi məqsədilə qeyd olunan Şura yaradılıb.

Əsasnaməsində Şuranın funksiyaları, hüquqları, strukturu və fəaliyyətinin təşkili müəyyənləşdirilib.

Əsasnaməyə əsasən, Şura öz funksiyalarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir və Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərir. Şura kosmik sahədə həyata keçirilən proqramların və görülmüş işlərin monitorinqini aparır, normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinİ və nəticələrinin təhlil edir, habelə onların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və aidiyyəti qurumlara (orqanlara) müvafiq təkliflər və  tövsiyələr verir. Kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir.

Bu qərarla Şuranın tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Azərbaycan Respublikasının Maliyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru və Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi daxil edilib.

Şuraya rəhbərlik Şuranın üzvləri arasından üzvlər tərəfindən seçilmiş sədr tərəfindən həyata keçirilir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kosmik Məsələlər üzrə Şuranın tərkibi təsdiqlənib

24-09-2020

Azərbaycanda Kosmik məsələlər üzrə Şura yaradılıb

10-07-2010

Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb

27-02-2026

Azərkosmos-a yeni vəzifələr verildi

12-03-2018

Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb

27-04-2021

COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi

19-01-2024

Azərkosmos nazirliyin tabeliyindən çıxarıldı

18-10-2017

Bəzi dövlət müəssisələri özəlləşdiriləcək

14-06-2024

“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

18-05-2010

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

Akademik Arif Paşayev və Saqdeyev Azərkosmos-a səfər edib

03-07-2015

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

Qeyri-iş günləri bu qurumlara şamil edilmir

26-03-2020

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020

Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib

03-04-2013

Rəqəmsallaşmayan dövlət xidmətləri ilə bağlı müvafiq tapşırıqlar verilib

24-06-2025

Azərbaycanın yeni hökumətinə bu nazirlər və komitə sədrləri təyin olunub-Siyahı

23-04-2018

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018

Azərbaycan və Qırğızıstan 18 sənəd imzaladı

24-04-2024

“Kosmik sahədə Azərbaycanda ixtisaslı kadrlar yetişir”

27-06-2015

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə