Previous Next
Bağla

Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb

27-04-2021 12:14
Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb.

Xeberler.az bildirir ki, Fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, ASC-nin hüquq və öhdəlikləri, habelə əmlakı agentliyə keçir.

Kosmik Agentliyi kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri peyk xidmətlərindən əldə olunan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə aidiyyəti şəxslə dəyəri agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verə bilər.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirəcək.

Nazirlər Kabineti Kosmik Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın agentliyin balansına verilməsini təmin etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos-a yeni vəzifələr verildi

12-03-2018

"Biznesin İnkişafı Fondu”nun Nizamnaməsi təsdiqlənib

10-12-2025

Azərbaycanda yeni qurum yaradıldı

07-11-2018

Azərkosmos nazirliyin tabeliyindən çıxarıldı

18-10-2017

Kosmik Agentliyə sədr təyin edilib

16-06-2021

Kosmik Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib

01-03-2022

Nazirlik ləğv edilərək onun əsasında Azərsilah dövlət şirkəti yaradıldı

14-01-2019

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

06-01-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb

07-11-2024

“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

18-05-2010

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

20-04-2016

Kosmik Məsələlər üzrə Şura yaradılıb

23-09-2020

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb

21-07-2022

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

24-02-2026

Azərbaycanda kosmosa dair ilkin informasiyaların göstəriciləri təsdiq ediləcək

04-08-2023

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

21-06-2017

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024

"Azərkosmos"a yeni səlahiyyət verilib

17-10-2023

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019

Prezident media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb

13-01-2021

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə