Previous Next
Bağla

Azərkosmos-a yeni vəzifələr verildi

12-03-2018 13:04
Azərkosmos-a yeni vəzifələr verildi

Azərkosmos ASC-nin yeni fəaliyyət istiqamətləri müəyyən edilib.

Yer müşahidə və Azərbaycanın kosmik obyektlərinin uçota alınması Cəmiyyətin vəzifələri sırasına daxil edilib Azərbaycan prezidenti İlham Əliyevin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" 2017-ci il 17 oktyabr tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılan Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni məqsəd və fəaliyyət istiqamətləri müəyyən edilib. 

Xeberler.az bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edib.

Nizamnaməyə əsasən Azərkosmos ASC-nin əsas məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarət olub.

Dəyişikliyə əsasən artıq Azərkosmos ASC-nin əsas məqsədləri Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsindən ibarətdir. Buna müvafiq olaraq Cəmiyyətin vəzifələri də artıb.

Başqa sözlə, Yer müşahidə və digər növ peyk xidmətlərinin təşkil edilməsi və göstərilməsi, kosmik texnikanın tətbiq olunması və kosmik vasitələrdən istifadə edilməsi, peyk sistemlərinin istismara qəbulu, Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota alınması Azərkosmos ASC-nin vəzifələri sırasına daxil edilib.

Cəmiyyət dövlət orqanları, hüquqi və fiziki şəxslərlə bərabər bələdiyyələrin də müxtəliftəyinatlı peyk şəbəkələrinə qoşulma imkanlarını təmin edəcək. Azərkosmos ASC-nin yeni vəzifələri sırasına sosial-iqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri üçün müxtəlif hündürlükdə istismar olunan peyklərin, sair aparatların idarə edilməsi, "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatında, Beynəlxalq Peyk Rabitəsi Təşkilatında, Avropa Peyk Rabitəsi Təşkilatında, Avropa Kosmik Agentliyində, BMT-nin Kosmosdan dinc məqsədlərlə istifadə Komitəsində və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil olunması, həmçinin xarici dövlətlərin kosmik agentlikləri və təşkilatları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi, kosmosdan dinc məqsədlərlə istifadə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üçün aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsi, icranın əlaqələndirilməsi də daxildir.

Cəmiyyət fəaliyyəti üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılan Azərkosmos (ASC) bundan sonra müstəqil qaydada Nazirlər Kabineti tərəfindən müəyyən edilən inkişaf istiqamətləri əsasında perspektiv inkişaf planını, Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini qanunvericiliyə uyğun olaraq təsdiq edəcək, fəaliyyət istiqamətlərinə aid olan sahədə fərqlənmiş şəxslərə fəxri adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos nazirliyin tabeliyindən çıxarıldı

18-10-2017

Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılıb

27-04-2021

“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

18-05-2010

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

Kosmik Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib

01-03-2022

Azərkosmos nizamnamə kapitalını artırır

08-08-2019

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

Azərbaycanda Kosmik məsələlər üzrə Şura yaradılıb

10-07-2010

Kosmik Məsələlər üzrə Şura yaradılıb

23-09-2020

İnsanın kosmosa ilk uçuşundan 57 il ötür

12-04-2018

“Azərkosmos”a səfər

11-10-2018

"Azərkosmos”un nizamnamə kapitalı artırılıb

24-02-2020

Kosmik Agentliyə sədr təyin edilib

16-06-2021

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

13-10-2018

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Azərkosmos Mozambikə kosmik bilik ixrac edib

11-09-2024

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

13-06-2016

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə