Previous Next
Bağla

Kredit təşkilatlarından elektron formada şikayət etmək olacaq

30-09-2016 10:53
 Kredit təşkilatlarından elektron formada  şikayət etmək olacaq

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müasir tələblərə cavab verən, dizayn, istifadəçi rahatlığı və geniş texniki imkanlarla zəngin www.fimsa.az rəsmi internet səhifəsi istifadəyə verilib.

Palatadan Xeberler.az-a verilən məlumata görə, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən səhifə funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası və daha rahat istifadə imkanları ilə fərqlənir.

Səhifədə Palatanın nizamnaməsinə uyğun olaraq kredit təşkilatları, sığorta, kapital bazarları və istehlakçıların və investorların hüquqlarının müdafiəsi istiqamətləri üzrə zəruri məlumatlar verilməklə müvafiq bölmələr yaradılıb. Belə ki, səhifə vasitəsilə istifadəçilər kredit təşkilatları, sığorta və kapital bazarları üzrə reyestrdəki dolğun məlumatlarla tanış ola bilərlər.

Səhifənin “Sənədlər və Statistika” bölməsində normativ-hüquqi sənədlər və hesabatlar öz əksini tapıb. “Lisenziyalaşdırma və icazələrin verilməsi” bölməsində maliyyə bazarları sahəsində lisenziyaların və icazələrin verilməsi, attestasiyaların keçirilməsi, həmçinin lotereyaların təşkili və keçirilməsinə dair ətraflı məlumatlar və ərizə formaları yer alıb.

Səhifədə həmçinin Palataya tabe qurumlar barədə məlumatlar verilməklə, daha təfərrüatlı məlumatların alınması üçün keçidlər yerləşdirilib.

Kütləvi informasiya vasitələri Palata haqqında məlumatlar və keçirilən tədbirlərə dair müxtəlif fotoşəkillərlə gələcəkdə səhifənin “Media” bölməsi vasitəsilə tanış ola biləcəklər.

Palatanın fəaliyyət göstərdiyi dövr ərzində maliyyə bazarlarının müxtəlif sahələri üzrə qəbul edilmiş vacib qərarlara dair xəbərlər ana səhifədə slayd şəklində və “Press-relizlər” bölməsində əks olunub.

Palatanın əsas prioritet vəzifələrindən olan istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə geniş elektron müraciət xidmətinin hazrılanması üzrə müvafiq işlər görülür. Yaxın zamanda istehlakçıların istifadəsinə veriləcək elektron müraciət xidməti vasitəsilə istehlakçılar rahat şəkildə istənilən kredit təşkilatı (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), ödəniş sistemləri və sığorta sektoruna dair şikayət və təkliflərini Palataya ünvanlaya biləcəklər.

Eyni zamanda istehlakçıların və investorların yararlanması üçün Palatanın internet səhifəsində kredit təşkilatları, sığorta və kapital bazarlarına dair faydalı məlumatlar yerləşdirilib. Bundan əlavə, istehlakçıların müxtəlif hesablama aparmaları üçün yaxın zamanda sığorta, kredit, ipoteka və mümkün digər kalkulyatorlarının hazırlanması nəzərdə tutulur.

Yuxarıda qeyd edilənlərlə yanaşı, yaxın zamanda karyerasını Palatada qurmaq və ya davam etdirmək niyyətində olan namizədlərin işə qəbulu üzrə elektron xidmət istifadəyə veriləcək. Xidmət, namizədlərə bilik, bacarıq və ya maraq dairəsinə uyğun vakansiya üzrə elektron müraciət etmək imkanı verəcək. Ümumi qeydiyyat bazasına əlavə edilmiş tərcümeyi-hallar namizədin gələcək vakansiyalarda nəzərdən keçirilməsi üçün istifadə ediləcək.

Qeyd edək ki, internet səhifənin proqram təminatı və informasiya təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016

ASAN Finans layihəsinin əhatə dairəsi genişlənir

05-04-2019

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

“Elektron ipoteka” sistemindən necə istifadə etməli?

10-08-2017

Elektron arayışla kredit verən bankların sayı artacaq

28-12-2014

QKDK-nın yeni rəsmi internet səhifəsi istifadəyə verildi

20-05-2015

Bank Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

08-04-2016

Bu qurumlar bank sektorunu kibertəhlükələrdən qoruyacaq

18-12-2017

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018

Vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

13-04-2015

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017

Kredit təşkilatının seçilməsi meyarları hazırlanıb

19-09-2013

ExpressPay üçün Qaynar xətt xidməti yaradılıb

08-12-2015

TBC Kredit arayışların elektron formada qəbuluna başlayıb

07-01-2016

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

Ölkənin bank sektorunda kredit öhdəliyi üzrə məlumat bazasına müraciətlər artıb

26-08-2013

Online formada ipoteka almaq mümkün olacaq

03-02-2015

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

Golden Pay-in hədiyyə yarışı narazılığa səbəb olub

12-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə