Microsoft-un səhmləri tarixi rekord qırdı

22-10-2016 / 12:16

Microsoft-un ən son  yayımladığı maliyyə hesabatına görə,  şirkət 2017-ci maliyyə ilinin ilk rübündə 20.5 milyard dollar gəlir və 4.7 milyard dollar mənfəət əldə edib.

Xeberler.az şirkətin hesabatına istinadən məlumat verir ki, bu rəqəmlərin açıqlanmasının ardından şirkətin səhm dəyəri yüzdə 6.1 artımla rekord qıraraq 60.75 dollara yüksəlib. Bir əvvəlki ən yüksək dəyər, 1999-ci ildə 59.97 dollar olaraq görülmüşdü.

Texnologiya nəhənginin bu uğur qazanmasının ən böyük faktorları şübhəsiz Surface və bulud platforması Azure oldu.

Microsoft Azure-dan gələn gəlir, bir əvvəlki dövrdəki yüzdə 102-lik artımdan sonra bu, rübdə dəyəri  116 faiz  artdı. Müvəffəqiyyətli olmasına şübhə ilə yanaşılan Surface  isə şirkətin gəlirinin böyük hissəsini təşkil etməyə davam edir.

Ötən ilə nəzərən 39 faizlik  bir artımla 926 milyon dollarlıq dəyərə yüksələn Microsoft Surface, tablet dünyasındakı liderliyini hələ də davam etdirməkdə olan Apple üçün bir təhdid ünsürü halına gələ bilər. Çünki Apple-ın ötən rübdə  açıqladığı rəqəmlərə görə, iPad-dan gələn qazanc bir əvvəlki ilə görə yalnız  11 faiz artıb.

Xatırladaq ki, Microsoft, 2014-cü ilin fevral ayında Satya Nadella-yı yeni CEO olaraq vəzifəyə gətirdiyindən bəri istifadəçilərə yönəlik yeni bir yola girdiyini açıqlamışdı.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə