Microsoft şirkəti təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib, çünki istifadəçilər təhlükəsiz parol yarada bilmirlər.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, LinkedIn istifadəçilərinin hesabına müdaxilədən sonra Microsoft şirkəti çox sadə parolları bloklamaq qərarına gəlib.
İndi Windows 10 əməliyyat sistemi üçün Azure Active Directory xidmətinin milyonlarla istifadəçisi LinkedIn şəbəkəsinin müdaxilə olunmuş məlumatlarında tez-tez xatırlanan parollardan istifadə edə bilməzlər.
Yeni funksiya artıq Microsoft Account Service xidmətində və Azure Active Directory xidmətinin qeyri-rəsmi versiyasında aktivləşdirilib.
Ötən həftə “Peace of Mind” ləqəbli haker LinkedIn istifadəçilərinin 117 milyon ünvan və paroldan ibarət məlumat bazasını satışa çıxarıb.
LinkedIn şirkətindəki mənbələrə istinadən The Register nəşri yazıb ki, sosial şəbəkə hakerlər tərəfindən müdaxilə olunmuş hesabların parollarını sıfırlayacaq. Həmçinin LinkedIn istifadəçiləri ikimərhələli autentifikasiyadan istifadə etməyə çağırır.
Kore Logic şirkəti tərəfindən məlumat itkisi nəticəsində zərərçəkmiş istifadəçilərin parollarının təhlilinə əsasən, əksər istifadəçilər hesaba giriş üçün asan tapılan parollardan istifadə edirlər.
Məsələn, "123456" parolu milyon dəfədən çox istifadə olunub, "linkedIn" ən geniş yayılmış hərfi parol olub. Tez-tez istifadə edilən parol aşağıdakılardır:
1. 123456
2. linkedin
3. password
4. 123456789
5. 12345678
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri