LinkedIn yarım ildə 638 milyon dollar gəlir əldə edib

05-05-2015 / 14:01

Professional iş şəbəkəsi olan LinkedIn 2015-ci ilin ilk yarımilinin nəticələrini rəsmi olaraq bildirdi.

Xəbərlər-in verdiyi məlumata görə, LinkedIn 2015-ci ilin ilk yarımilliyində 638 milyon dollarlıq gəlir əldə edərkən bu rəqəm 2014-ci ilin ilk yarımilində olan 473 milyon dollara görə yüzdə 35 faiz artıb.

LinkedIn dünyanın böyük bir qismində qabiliyyətli insanların axtarışına kömək edən qrupu Talent Solutions-u, gəlirlərinin ən böyük qisimlərindən birini meydana gətirdi. Linkedin bu sahədə 396 milyon dollarlıq gəlir əldə etdi.

LinkedIn-də iş və işçi tapma, hədəfli reklamlar və premium üzvlük, məlumat almaq üzrə 3 əsas istiqamətdə gəlir əldə edir. LinkedIn gəlirlərinin təxminən 5-də birini isə ümumi üzvlük məlumat paketlərindən əldə edir, burada da 122 milyon dollarlıq bir gəlir mövcuddur. LinkedIn-də gördüyümüz klassik hədəfli reklam modelləri isə LinkedIn-in kassasına 119 milyon dollar gəlir qazandırıb.

LinkedIn 2014-ci ilin son rübündə 643 milyon dollar gəlir əldə etdiyini açıqlamışdı. Şirkətin açıqladığı məlumatlardan ən əhəmiyyətlisi isə Linkedin-də ilk yarımillikdə üzv olan istifadəçilərinin yüzdə 75-nin ABŞ-ın xaricindən olmasıdır.

LinkedIn-də ikinci yarımillikdə gəlir gözləməsi isə 670 ilə 675 milyon dollar arasında açıqlanıb. Onun 2015-ci ilin ümumi gəlir gözləməsi isə tam 2.9 milyard dollar olduğu bildirilib.

 

Ağasəf Haqverdiyev

                                                                           


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə