Amerikalı milyarder və sahibkar İlon Mask Braziliyada “X” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılmasına qərar verən Braziliya Ali Federal Məhkəməsinin hakimi Alekşandri di Moraisin cinayətlərini ictimaiyyətə açıqlayacağına söz verib.
Xeberler.az bildirir ki, o bu barədə, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Sabah biz Aleşandri de Moraisin cinayətlərinin uzun siyahısını dərc etməyə başlayacağıq. Özü də konkret Braziliya qanunları ilə birlikdə. Təbii ki, o, Amerika qanunlarına tabe olmaq məcburiyyətində deyil, amma öz ölkəsinin qanunlarına tabe olmalıdır”, - Mask yazıb.
Xatırladaq ki, Morais daha əvvəl Maska Braziliyada “X” sosial şəbəkəsinin yeni qanuni nümayəndəsini təyin etmək üçün 24 saat vaxt vermiş, əks halda, sosial şəbəkənin fəaliyyətinin dayandırılacağını bildirmişdi. Müddət Bakı vaxtı ilə cümə günü saat 03:07-də bitib.
“X” sosial şəbəkəsi cümə günü Braziliya məhkəməsinin qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyini və bu ölkədə bloklanmasını gözlədiyini açıqlayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri