Previous Next
Bağla

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023 13:23
Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Mədəniyyət Nazirliyi olub.

Mədəniyyət Nazirliyi cari ildə təsdiq etdiyi “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində “Hökumət buludu”na miqrasiya üzrə “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.

Mədəniyyət Nazirliyi müvafiq informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını və kibertəhlükəsizliyini təmin edib.

Plana uyğun olaraq, ilkin mərhələdə Mədəniyyət Nazirliyinin “Hökumət buludu”na miqrasiya olunacaq resursları audit olunub. Auditin nəticəsi üzrə hesabat hazırlanaraq müvafiq sistem və ehtiyatların miqrasiyasının konsultasiyası xidməti göstərilib. Konsultasiya xidməti zamanı texniki xüsusiyyətləri və əhəmiyyətlilik dərəcəsi nəzərə alınaraq İT resursların mərhələli şəkildə miqrasiyasını özündə əks etdirən yol xəritəsi hazırlanıb və icrası təmin edilib.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

29-05-2024

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-05-2025

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

10-12-2025

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə