Previous Next
Bağla

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026 18:03
Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Xeberler.az məlumat verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, WUF13 kimi beynəlxalq platformalar dayanıqlı şəhərsalma yanaşmalarının müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir, bu baxımdan media nümayəndələrinin mövzunu detallı dəyərləndirməsi və düzgün kontekstdə ictimaiyyətə çatdırması xüsusi önəm daşıyır.

ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva universitetin Medianın İnkişafı Agentliyi və mətbuat nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, son illər ərzində 600-ə yaxın media təmsilçisinin milli və qlobal əhəmiyyətli mövzularda təlimlərə cəlb olunmasını ölkədə media maarifləndirilməsinə verilən mühüm töhfə kimi qiymətləndirib. Aygün Hacıyeva, həmçinin ADA Universitetinin müasir şəhərsalma və dayanıqlılıq məsələlərinə xüsusi önəm verdiyini qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina çıxışında WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün unikal imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu tədbir jurnalistlərə qlobal səviyyəli ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni yaxından izləmək və şəhərsalma sahəsində ən aktual mövzuları yerində işıqlandırmaq imkanı təqdim edəcək.

Məlumatlandırma sessiyası çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə “WUF13 mövzuları, dialoqlar”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin rəhbəri Çağrı Kərimzadə “Bakı şəhəri üzrə Baş Plan”, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İnklüziv tədbirlərin planlaşdırılması üzrə baş koordinatoru Səbinə Məmmədova və Müyəssərlik və inklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli “WUF13 tədbirində müyəssərlik və inklüzivlik”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva isə “Yaşıl nəqliyyat, mikromobillik” mövzusunda çıxış ediblər.

Diqqətə çatdırılıb ki, WUF13 çərçivəsində müzakirə olunan mövzular müasir şəhərsalma yanaşmalarının əsas istiqamətlərini əhatə etməklə dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması, şəhərlərin strateji planlaşdırılması, eləcə də ekoloji cəhətdən səmərəli nəqliyyat həllərinin tətbiqi kimi mühüm məsələləri bir araya gətirir. Sözügedən yanaşmaların kompleks şəkildə tətbiqi isə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir.

Məlumatlandırma sessiyasının sonunda iştirakçıların sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

12-05-2026

“WUF13 Azərbaycan” elektron informasiya resursu təqdim edilib

15-05-2026

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026

WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

16-05-2026

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib

27-02-2026

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

15-05-2026

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

18-05-2026

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

11-05-2026

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

15-05-2026

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

11-05-2026

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib

12-05-2026

WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib

13-05-2026

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

03-03-2026

WUF13: Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir

17-05-2026

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

“Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq

16-05-2026

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

15-05-2026

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

27-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə