Previous Next
Bağla

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026 20:11
WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib. 

Xeberler.az bildirir ki, tədbirdə süni intellekt (Sİ), Əşyaların İnterneti (IoT) və digər innovativ texnologiyaların şəhər inkişafında rolu, ağıllı şəhər həlləri, dayanıqlı urbanizasiya və rəqəmsal transformasiya istiqamətində mövcud çağırış və imkanlar müzakirə edilib. Sessiyada dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, özəl sektor təmsilçiləri, akademik dairələr və inşaat və memarlıq sahəsini təmsil edən startapçılar bir araya gəliblər.

4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib ki, ağıllı şəhər konsepsiyası artıq yalnız texnoloji yanaşma deyil, həm də dayanıqlı inkişaf, vətəndaş rifahı və iqtisadi səmərəlilik üçün strateji prioritetdir. O vurğulayıb ki, WUF13 kimi qlobal platformalar çərçivəsində keçirilən bu cür müzakirələr Azərbaycanın rəqəmsal transformasiya gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sessiya çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən spikerlər tarixi şəhər mühitində rəqəmsal texnologiyaların tətbiqi, şəhər planlaşdırılmasında süni intellektin rolu, innovativ idarəetmə modelləri barədə təqdimatla çıxış ediblər.

Həmçinin, “Honeywell”, “Digital Residence” və “Sea Breeze” şirkətlərinin nümayəndələri ağıllı infrastruktur sistemləri, enerji səmərəliliyi, təbiət əsaslı həllər və müasir şəhərsalma layihələrində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbir çərçivəsində inşaat sahəsində fəaliyyət göstərən yerli startapların da təqdimatları baş tutub.

Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm və sənaye klasteri 4.0"-nin formalaşdırılması təşəbbüsünə xidmət edir. 

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Əşyaların interneti üzrə tədbir təşkil edilib

30-03-2022

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

22-12-2025

WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

12-05-2026

“Sənaye 4.0 texnologiyaları və iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib

16-11-2024

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

4SİM: Azərbaycan rəqəmsal transformasiya layihələrini uğurla icra edir

07-05-2026

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rol müzakirə olunub

17-11-2024

4SİM GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

11-06-2025

“4Sİ Müzakirə Platforması”nın növbəti görüşü keçirilib

15-10-2025

4SİM ilə Çin təşkilatları arasında memorandumlar imzalanıb

17-04-2025

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026

Azərbaycan və Çin əməkdaşlığı müzakirə edilib

07-05-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

4SİM: "Milli süni intellekt strategiyası üçün yol xəritəsi tərtib olunub"

13-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə