Previous Next
Bağla

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026 14:51
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

Biznes subyektləri və startaplar WUF13-də aktiv iştirak etməklə beynəlxalq təcrübədən yararlana, işgüzar əlaqələrini genişləndirə, məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edə bilərlər.

Məlum olduğu kimi mayın 17-22-də Bakı şəhəri daha bir mötəbər tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. WUF13 qlobal miqyasda dayanıqlı və innovativ şəhərsalma həllərinin müzakirə olunduğu, bu sahədə “yaşıl iqtisadiyyat” və dövlət-özəl sektor əməkdaşlığının prioritetləndirildiyi nüfuzlu platformadır. Bu tədbir yalnız şəhərsalma mütəxəssisləri üçün deyil, sahibkarlar və startaplar üçün də faydalıdır. Konfrans və sərgi (“Urban Expo”) olmaqla iki hissədən ibarət forum biznes üçün bir sıra unikal imkanlar təqdim edəcək.

Qlobal təcrübə və tərəfdaşlıq imkanları

WUF13 çərçivəsində təşkil olunacaq konfransda yerli və beynəlxalq ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə dayanıqlı şəhərsalma həlləri, “yaşıl iqtisadiyyat” və innovativ texnologiyalar mövzusunda geniş müzakirələr aparılacaq. Bunun sahibkarlar üçün faydaları:

• Beynəlxalq təcrübə və bilik mübadiləsi: Qlobal trendlər, uğurlu layihələr və innovativ həllər öyrənilir.

• Biznes şəbəkəsinin genişləndirilməsi: Yeni tərəfdaşlıqlar qurmaq və investisiya imkanlarını araşdırmaq imkanı yaranır.

• Beynəlxalq standartlara uyğunlaşma: Sahibkarlar biznes strategiyalarını qlobal bazara uyğun şəkildə təkmilləşdirə bilirlər.

Müxtəlif ölkələrdə təşkil olunmuş WUF-ların təcrübəsi göstərir ki, sahibkar və startaplar bu tədbirdə iştirak etməklə bir sıra müsbət geridönüşlər əldə edirlər.

“Urban Expo”: innovativ şəhərsalma həlləri

WUF13 çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi sahibkarlara innovativ məhsullarını, “ağıllı şəhər” texnologiyalarını və dayanıqlı həlləri geniş auditoriyaya təqdim etmək imkanı verəcək. Burada sahibkarlar:

• beynəlxalq investorlar və tərəfdaşlarla birbaşa əlaqə qura biləcək;

• yeni bazarlara çıxış imkanlarını genişləndirəcək;

• innovativ layihələrini tanıtmaq və qlobal auditoriya ilə paylaşmaq imkanı əldə edəcəklər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və WUF13 Əməliyyat Şirkətinin birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün WUF13-ün biznes üçün faydalarına dair “Bakı KOB evi”ndə məlumatlamdırma sessiyası təşkil olunub. KOBİA-nın təşkilatçılığı ilə forumun Biznes və İnnovasiya Mərkəzində mayın 21-də “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirə təşkil olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır. Həmçinin “Urban Expo” sərgisində KOBİA və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə stendində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri nümayiş olunacaq, eləcə də stenddə Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə forum müddətində məlumat veriləcək.

Biznes və İnnovasiya Mərkəzində sahibkarlar və startaplar üçün imkanlar

Ümumilikdə, Biznes və İnnovasiya Mərkəzində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək. Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək. Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta bizneslər, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq. Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq. Dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

Sahibkarlar və startaplar WUF13-ün Biznes və İnnovasiya Mərkəzi və sərgi, ümumiyyətlə forumun proqramı barədə ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərlər: https://wuf.unhabitat.org/main-events

Beləliklə, WUF13 şəhərsalma ilə bağlı yeniliklərin müzakirə olunduğu tədbir olmaqla yanaşı, həm də sahibkarlar və startaplar üçün qlobal trendlərlə tanış olmaq, innovativ ideya və məhsullarını təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq, eləcə də dayanıqlı və “ağıllı şəhər” konsepsiyalarının inkişafında aktiv iştirak etmək üçün əlverişli platformadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

11-05-2026

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

11-05-2026

KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

21-05-2026

Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

22-05-2026

“WUF13 Azərbaycan” elektron informasiya resursu təqdim edilib

15-05-2026

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026

WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

12-05-2026

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

22-05-2026

WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

16-05-2026

WUF13-ün yekun mətbuat konfransı keçirilir

22-05-2026

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

18-05-2026

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

27-03-2026

WUF13: Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir

17-05-2026

WUF13-ə onlayn qeydiyyat bərpa edilib

20-05-2026

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

15-05-2026

WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib

27-02-2026

İspaniyalı startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var

20-05-2026

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

22-05-2026

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

XRİTDX kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir

21-05-2026

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə