Previous Next
Bağla

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

03-03-2026 19:10
WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

Mayın 17–22-də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, yeni yaradılmış portal tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi daşıyır.

Bu portal vasitəsilə akkreditə olunmuş iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.

WUF13 çərçivəsində simsiz cihazlardan istifadə etmək istəyən bütün iştirakçılar ilk növbədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi qeydiyyat sistemi olan GEMS portalı vasitəsilə akkreditasiyadan keçməlidirlər. Akkreditasiya təsdiqləndikdən sonra iştirakçılar Radiospektrin İdarə Edilməsi Portalında şəxsi istifadəçi hesabı yaradaraq hər bir cihaz üzrə tələb olunan texniki məlumatları təqdim etməli və radiospektrin müvəqqəti ayrılması üçün müraciət göndərməlidir.

Müraciətlərə baxıldıqdan sonra təsdiq edilmiş cihazlar üzrə iştirakçılara elektron poçt vasitəsilə müvafiq radiotezliklər barədə məlumat təqdim olunur və həmin cihazlara aid QR kod portal üzərindən aktivləşdirilir.

Tədbir məkanında bütün təsdiqlənmiş cihazlar texniki yoxlama və etiketlənmə prosedurundan keçməlidir. Yalnız bu mərhələdən uğurla keçmiş və müvafiq qaydada etiketlənmiş simsiz cihazların istifadə olunmasına icazə veriləcək.

Simsiz cihazların qeydiyyatı və radiospektr üzrə müraciətlərin təqdim edilməsi üçün son tarix 30 aprel 2026-cı ildir.

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı ilə bağlı əlavə suallar və texniki dəstək üçün iştirakçılar [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WUF13-ün yekun mətbuat konfransı keçirilir

22-05-2026

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

15-05-2026

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib

12-05-2026

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

15-05-2026

WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

16-05-2026

WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

12-05-2026

WUF13-ə onlayn qeydiyyat bərpa edilib

20-05-2026

“WUF13 Azərbaycan” elektron informasiya resursu təqdim edilib

15-05-2026

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib

27-02-2026

"COP29" -da fəaliyyət göstərəcək könüllülərə təlimlər keçirilib

29-10-2024

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026

WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib

13-05-2026

“MİDA Kommunal” portalı istifadəyə verilib

02-09-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

11-05-2026

WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

22-05-2026

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

“IMEI kodun qeydiyyatını yoxlayın” xidməti istifadəyə verilib

02-06-2023

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

18-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə