Previous Next
Bağla

“WUF13 Azərbaycan” elektron informasiya resursu təqdim edilib

15-05-2026 20:13
“WUF13 Azərbaycan” elektron informasiya resursu təqdim edilib

Mayın 17-22-də Bakı şəhəri dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı müasir baxışın mühüm göstəricilərindən olan bu mötəbər tədbirlə əlaqədar Prezident Kitabxanası “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “WUF13 Azərbaycan” adlı elektron informasiya resursu hazırlayıb.

Xeberler.az məlumat verir ki, verilənlər bazası əsasında qurulan layihə 7 bölmə və 8 altbölmədən ibarətdir. Burada BMT-nin Məskunlaşma Proqramı – BMT-Habitatın yaranma tarixi, fəaliyyət istiqamətləri, idarəetmə strukturu və müxtəlif dövrlərdə quruma rəhbərlik etmiş icraçı direktorlar haqqında məlumatlar yer alıb.

Elektron resursda, eyni zamanda, Ümumdünya Şəhərsalma Forumlarının təşəkkül prosesi, ayrı-ayrı illərdə keçirilmiş sessiyalar, forumun əsas məqsədləri və prioritet istiqamətləri barədə geniş məlumat təqdim olunur. Burada dayanıqlı şəhər inkişafı, urbanizasiya prosesləri və müasir şəhərsalma yanaşmalarını əhatə edən materiallar istifadəçilərə təqdim edilir.

“WUF13 Azərbaycan” layihəsi Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Resursun çoxdilli formatda təqdim olunması beynəlxalq auditoriyanın məlumatlandırılması və Azərbaycanın qlobal şəhərsalma gündəliyində iştirakının daha geniş şəkildə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident Kitabxanası oxucuları, tədqiqatçıları və mövzu ilə maraqlanan istifadəçiləri “WUF13 Azərbaycan” elektron informasiya resursundan istifadə etməyə, şəhərsalma və dayanıqlı urban inkişaf mövzusunda təqdim olunan materiallardan faydalanmağa dəvət edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər

12-05-2026

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib

27-02-2026

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

15-05-2026

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

11-05-2026

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

11-05-2026

"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş poçt markaları buraxılacaq

30-01-2026

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026

WUF13 zamanı telekommunikasiya xidmətlərinin təmin edilməsi müzakirə edilib

13-05-2026

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

03-03-2026

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib

12-05-2026

Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

15-05-2026

WUF13-də nəqliyyatın effektiv təşkili üçün rəqəmsal xəritə hazırlanıb

05-05-2026

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

27-03-2026

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

15-05-2026

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023

Hansı şəhərlər ödənişsiz Wi-Fi sisteminə görə fərqlənir?

29-10-2015

Tikintiyə icazə üçün tələb olunan məlumatlar elektron qaydada təqdim olunacaq

15-03-2023

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

Rəqəmsal ideya müsabiqəsinə start verilir

01-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə