Previous Next
Bağla

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016 17:14
Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.

Xeberler.az bildirir ki,  hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti verib. Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı qərardad qəbul edib. Buna səbəb ANS-in 40 min manat vəsaitin MTRŞ tərəfindən ona verilməsi ilə bağlı qarşılıqlı iddia verməsi olub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu iddiaya başqa bir hakimin icraatında baxıldığı üçün MTRŞ apellyasiya şikayəti verib. Məhkəmə MTRŞ-nın şikayətini təmin edib.

Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən prosesdə ANS məhkəməyə iddianın təmini tədbiri barədə ərizə verib. Lakin məhkəmə həmin ərizəni təmin etməyib. Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.( Report)

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Provayder Bakı Metropolitenini məhkəməyə verib

28-06-2017

İTV-yə qarşı verilən apellyasiya şikayəti təmin olunmayıb

28-05-2009

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

ANS TV cərimələnib

13-10-2015

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

Azercell Vergilər Nazirliyini məhkəməyə verib

25-10-2017

Milli Televiziya və Radio Şurasına qarşı şikayət rədd edilib

30-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə