Previous Next
Bağla

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016 21:04
Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan şikayəti üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Xeberler.az-ın məlumatına görə, hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə MTRŞ-nın nümayəndəsi Nemət Cavadov ANS-in iddiasına etiraz etdiklərini bildirib.

Onun sözlərinə, MTRŞ ANS-ə bir il ərzində 26 dəfə sanksiya tətbiq edib: "Buna görə də radionun fəaliyyətinə xitam verilib".

ANS-in nümayəndəsi Sevda Məhərrəmova isə vurğulayıb ki, qanuna əsasən, lisenziyanı İqtisadiyyat Nazirliyi verir.

S.Məhərrəmova məhkəmədən xahiş edib ki, ötən proseslərdə qaldırdıqları vəsatərlərə yenidən baxılsın. Məhkəmə ANS-in vəsatlərinə yenidən baxıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə qərarı elan edib. Qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib. 

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib. Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

ANS TV cərimələnib

13-10-2015

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırdı

22-01-2016

MTRŞ qanunvericiliyin tələblərini pozan tv və radiolara irad tutub

07-12-2015

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

MTRŞ beş televiziya kanalının hesabına 333 min manat köçürüb

10-06-2016

Azərbaycanda ilk özəl televiziya kanalı olan ANS-in 18 yaşı tamam olur

26-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə