Previous Next
Bağla

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015 22:14
Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə keçirilən prosesdə MTRŞ nümayəndəsi “Salam, Azərbaycan” verilişinin bir ay müddətinə bağlanmasının səbəblərini açıqlayıb.

Xeberler.az-ın Report-a istinadən verdiyi məlumata görə, MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov bildirib ki, həmin verilişdə reklam müddəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri pozulub.

Bundan başqa, Nemət Cavadov “Salam, Azərbaycan” proqramının yayımı zamanı “TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa” cümləsi işlədilən mahnının efirə getməsinə də irad bildirib. O, “Salam, Azərbaycan” proqramında digər bir sıra qanun pozuntularının olduğunu da əlavə edib. “Biz ANS TV-nin yayımını bir ay müddətinə dayandıra bilərdik. Bununla bağlı qarşı tərəfi teleqram vurmaqla məlumatlandırmışdıq”, - Nemət Cavadov bildirib.

Məhkəmədə çıxış edən ANS Yayım və Media Şirkətinin nümayəndələri isə bildirib ki, MTRŞ “Salam, Azərbaycan” proqramının bağlanması barədə qərar qəbul etməsi ilə qanun pozuntusuna yol verib.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını təmin etməyib.

Xatırladaq ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, ANS televiziyasının efirində yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib. ANS məhkəmədən həmin qərarın ləğv edilməsini istəyib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırdı

22-01-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

MTRŞ qanunvericiliyin tələblərini pozan tv və radiolara irad tutub

07-12-2015

ANS TV cərimələnib

13-10-2015

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

09-10-2009

ANS və “Yeni Müsavat” barışıq sazişi imzaladı

08-10-2009

MTRŞ beş televiziya kanalının hesabına 333 min manat köçürüb

10-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə