Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Bu barədə Xeberler.az-a Şuradan məlumat verilib.
İclasda ATV və ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb. İclasda Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı ATV telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan SOY Prodakşn tərəfindən hazırlanan “Qaynanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq “Qaynanamız” serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Həmçinin, iclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 35.5-ci maddəsinin, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinin “ANS” televiziyasının efirində 25.09.2015-ci il tarixdə saat 23.32-də başlayan “Hobbit: Smauq xarabalığı” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 04.10.2015-ci il tarixdə saat 05.46-da başlayan “Saflaşma gecəsi” bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 09.10.2015-ci il tarixdə saat 22.54-də başlayan “Dünya müharibəsi” bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, 02.10.2015-ci il tarixdə saat 23.00-da başlayan “Ulduzlar arası” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 10.10.2015-ci il tarixdə saat 14.17-də başlayan “Üç qardaş” bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 AZN, ümumilikdə 25 000 AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri