Previous Next
Bağla

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016 10:36
ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

 ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Xeberler.az məlumat verir ki, ANS-in vəkili Sevda Məhərrəmova bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

İşə hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Daha sonra ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib və MTRŞ-nın lisenziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in müraciəti təmin edilməyib.

Xatırladaq ki, Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib. (Report)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırdı

22-01-2016

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

Teleradio yayımının dayandırılması və ya lisenziyanın ləğv edilməsi səlahiyyəti MTRŞ-ə verildi

04-04-2015

ANS TV cərimələnib

13-10-2015

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

MTRŞ qanunvericiliyin tələblərini pozan tv və radiolara irad tutub

07-12-2015

ANS-“Yeni Müsavat” məhkəməsində barışıq təklifi

29-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə