Previous Next
Bağla

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016 17:10
ANS Ali Məhkəməyə şikayət etdi

ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə qərarından kassasiya şikayəti verib.

Xeberler.az Report-a istinadən məlumat verir ki, kassasiya şikayəti bu gün Ali Məhkəməyə təqdim edilib.

Kassasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

ANS-in vəkili məhkəmədən vaxt istəyib

15-09-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub

19-09-2016

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

“ANS televiziyası azı bir ay bağlı qalacaq”

19-07-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

Teleradio yayımının dayandırılması və ya lisenziyanın ləğv edilməsi səlahiyyəti MTRŞ-ə verildi

04-04-2015

ANS TV cərimələnib

13-10-2015

MTRŞ qanunvericiliyin tələblərini pozan tv və radiolara irad tutub

07-12-2015

ANS televiziyasının yayımı dayandırılıb

18-07-2016

MTRŞ Mirşahin Ağayevin verilişinin yayımını dayandırdı

22-01-2016

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə