Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunur.
Xeberler.az bildirir ki, əsas məqsəd şagirdlərə məktəbdə əldə etdikləri biliklərin təcrübədə tətbiqi yollarını öyrətmək, gündəlik həyatda necə istifadə olunduğunu göstərmək və təbiət hadisələrini təcrübələr vasitəsilə əyani şəkildə nümayiş etdirməkdən ibarətdir.
“Bilim Bakı” mərkəzində təlimlər “Sahibkarlıq”, “Astronomiya, kosmos və aviasiya”, “Riyaziyyat”, “Dizayn”, “Təbiət elmləri” və “Texnologiya” laboratoriyalarında keçirilir.
Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnologiyaya marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları